Vüqar Rəhimzadə: "Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransındakı bəyanatları Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi"
15-02-2021 [17:34]
“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz perspektivlərlə yanaşı, Azərbaycanın bu Zəfərini şərtləndirən amillərə, ən əsası diplomatik müstəvidə qazandığı uğurlara nəzər salmağı da bir zərurətə çevirir. Vətən müharibəsində tarixi Zəfərimiz 30 ilə yaxın müddətdə münaqişənin hərbi, savaşın davam etdiyi dövrdə isə diplomatik müstəvidə həllinin mümkünsüzlüyünü bildirən Ermənistan hakimiyyətinə əsl həqiqəti çatdırdı. Bir daha işğalçıya və ona havadarlıq edənlərə sübut edildi ki, saxta tarix yazıb yalanları həqiqət kimi qəbul etdirməyə çalışmaq, ən əsası beynəlxalq hüququn prinsiplərini arxa plana keçirib zamanın hakimliyini, tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz. Necə ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri rəşadətli ordumuz qarşısında diz çökdü, Nikol Paşinyan ölkəsinin kapitulyasiya aktına imza atdı, Azərbaycanın siyasi Qələbəsini təsdiqlədi.”
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə diqqəti ötən il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə səsləndirilən fikirlərə və paralel olaraq ötən dövrdə münaqişənin həlli istiqamətində atılan addımlara yönəldərək bildirib ki, dövlətimizin başçısı daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb: “Möhtərəm Prezidentimizin 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə sarsıdıcı diplomatik zərbə oldu. Diqqəti BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə yönəldən Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həqiqətlərimizin təbliği, münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əsas tribunalardan biri də ənənəvi keçirilən Münxen Təhlükəsizlik Konfransıdır ki, Azərbaycan bu tribunadan da maksimum istifadə edərək erməni yalanların ifşa etmiş, hər zaman haqqa, ədalətə çağırış etmişdir”.
“Möhtərəm Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də dövlətimizin başçısı bir daha qarşı tərəfə sözün əsl mənasında tarix və hüquq dərsi keçdi” söyləyən baş redaktor bildirib ki, dövlətimizin başçısı “Biz həqiqətləri söyləməliyik” fikrinin ardınca tarixə nəzər salıb Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını faktlar əsasında bir daha beynəlxalq auditoriyaya çatdırdığı halda Ermənistanın baş naziri tarixlə bağlı mücərrəd fikirləri ilə özünü gülünc vəziyyətinə salmış, yeganə amalı, məqsədi iştirakçıların diqqətini yayındırmaq və çaşqınlıq yaratmaq olmuşdur: “Amma Nikol Paşinyan unutdu ki, bu təlxəkliyinin ömrü uzun ola bilməz. İşğalçı ölkənin baş naziri beynəlxalq hüququ, tarixi nə qədər inkar etməyə çalışsa da, bunun uzunmüddətli olması mümkün deyil. Beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq amillərinin əsas yer tutduğunu önə çəkən Azərbaycan gücləndi, bütün sahələrdə qazandığı təcrübəni birləşdirdi, Ermənistana layiq olduğu yeri göstərdi. 30 ilə yaxın müddətdə münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bildirən işğalçı Ermənistan danışıqlar prosesini uzatmaqla əlavə vaxt qazanmağın açı nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində gördü. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan müzakirələrdə təlxəkliyi ilə yadda qalan Ermənistanın baş naziri Nikol Paşinyan dünya ictimaiyyətinin 25-30 ildə Azərbaycan və Ermənistan liderlərindən eyni sözləri təkrar eşitməsindən nə zamansa yorulacağını bildirəndə özünü necə gülüş obyektinə çevirdiyindən xəbərsiz idi. Bir daha işğalçıya xatırladıldı ki, beynəlxalq hüquq hər bir məsələnin həllində əsasdır. Başına çəkilən sığallardan ərköyünləşən, həqiqətləri eşitməkdən utanmaq əvəzinə, beynəlxalq ictimaiyyətin adından özünü yorğun hiss edən Paşinyan Azərbaycanın apardığı Vətən müharibəsinin təcavüzkara verdiyi tarixi dərsi ömür boyu unutmamaqla yanaşı, əsl yorğunluğunu biabırçı məğlubiyyətləri ilə yaşadı.”
Baş redaktor bildirib ki, artıq nəinki Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 44 günlük İkinci Qarabağ müharibəsi həm qeyd olunan konfransda Azərbaycan liderinin səsləndirdiyi tarixi həqiqətlərin, Azərbaycanın haqlı mövqeyinin, həm də bütövlükdə bu illər ərzində diplomatik müstəvidə qazanılan uğurlarımızın təqdimatı oldu: “Məhz bu illər ərzində münaqişənin həlli ilə bağlı yaradılan möhkəm hüquqi baza döyüş meydanında Qələbəmizi şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması haqqın, ədalətin Zəfərinin əyani təsdiqidir.”
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub