VHP 400 nümayəndəni topladı, Sabir Rüstəmxanlı yenidən partiya sədri seçildi

img

14-02-2021 [16:08]


Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

Partiyadan Mia.az-a verilən məlumata görə, pandemiya şərtlərinə uyğun olaraq keçirilən qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, buna qədər də partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR