Rus futbolçular Türkiyədə belə əlbəyaxa oldu - VİDEO

img

13-02-2021 [12:15]


Rusiyanın "Krılya Sovetov" komandasının Bosniya və Herseqovina "Borats"ı ilə keçirdiyi yoxlama matçında kütləvi dava düşüb.

Mia.az Report-a istinadla xəbər verir ki, Türkiyənin Antalyada şəhərində təşkil olunmuş görüşün 89-cu dəqiqəsində Samara klubunun futbolçusu rəqibini itəliyib.

Bu hərəkət, demək olar ki, bütün oyunçuların iştirak etdiyi insidentə səbəb olub.

Qeyd edək ki, görüş "Krılya Sovetov"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR