Deputatdan spikerə replika: "Xahiş edirəm, buna görə mənə töhmət verməyin” 

img

12-02-2021 [14:39]


“Yolumuz birdən həbsxanaya düşür. Görüşlər olur. Bu zaman şahidi oluruq ki, toplaşan adamların çoxu İrandan narkotik keçirən vətəndaşlardır. Həbsxana rəisi deyir ki, bu qədər iş vermişik, ölkəsinə qaytarırıq. Üstündən 6 ay keçəndən sonra yenidən həmin adam ölkəmizə narkotik keçirir”.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentdə deyib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti sərhəddə bu məsələylə bağlı mübarizə aparır: “Ona görə də təklif edirəm ki, ikinci dəfə həbs olunanları İrana qaytarmasınlar. Cəzalarını elə burada çəksinlər. İranın adını çəkirəm. Xahiş edirəm, buna görə mənə töhmət verməyin”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, İran sözünə görə kiməsə töhmət verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA