Xarici dillər üzrə imtahanlar keçiriləcək
12-02-2021 [14:28]
Dövlət İmtahan Mərkəzi fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.
DİM-dən Mia.az-a verilən məlumata görə, imtahanlarda 1536 namizədin iştirakı gözlənilir. İmtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatır və bundan sonra gələn namizədlər imtahana buraxılmır.
Namizədlər DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunub.
İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"Namizədin imtahana buraxılış vərəqəsi";
“Sağlamlıq haqqında bəyannamə” (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Xatırladırıq ki, namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:
1. Dinləyib-anlama bloku;
2. Oxuyub-anlama bloku;
3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);
4. Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər - esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər - vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).
Fevralın 15-də keçiriləcək əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da eyni test blokları üzrə tapşırıqlar təqdim olunacaq.
Namizədlərin və iddiaçıların yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında imtahan suallarının cavablandırılmasına və essenin (və ya vizual məlumatın təsvirinin) yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, yazılı tapşırığa isə 1 saat) vaxt ayrılır.
Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.
Doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur.
Məlumat üçün bildirək ki doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1327 nəfər qeydiyyatdan keçib. Onlardan 1242 namizəd ingilis dili, 41 namizəd fransız dili, 44 namizəd alman dili üzrə imtahan verəcək. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı üzrə isə 5 nəfər imtahana yazılıb. DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.
İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq