Zakir Həsənov: “Türkiyə ordusunun təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”

img

11-02-2021 [17:12]


“Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”.

Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Azərbaycan və Türkiyə arasında tarixi, dini və mədəni bağlar var. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” olaraq ifadə edilən Türkiyə-Azərbaycan əlaqələri bu gün dövlət başçılarımızın rəhbərliyi altında uğurla davam etməkdədir. Azərbaycanla Türkiyə arasında əlaqələrin davam etməsinə dövlət başçılarımızın böyük töhfəsi var”, - deyə Z. Həsənov vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:13 07.09.2025

Sabah yağış yağacaq