Sabiq nazirin oğlu: "Məmur olmaq düşüncəsində deyiləm" - MÜSAHİBƏ
10-02-2021 [17:31]
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də 44 günlük Vətən Müharibəsində döyüşçü kimi iştirak edib.
Mia.az Yusif Əliyevin Modern.az-a verdiyi müsahibəni təqdim edir:
- Yusif bəy, öncə ondan başlayaq ki, 44 günlük Vətən müharibəsindən dövlətimiz və ordumuz qalib ayrıldı. Qalib ordunun əsgəri olmağı sözlə necə ifadə edə bilərsiniz?
- Birinci Qarabağ müharibəsində döyüşən mərd Azərbaycan kişilərinə nəsib olmayan qələbə şərəfi bizə - Vətən müharibəsinin iştirakçılarına nəsib oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün vicdanlı insanları qələbə üçün əlindən gələni etdi. Vaxtilə bizim məğlubiyyətimizə səbəb olmuş hadisələr bu dəfə təkrarlanmadı. Allah şəhidlərimizə rəhmət etsin, Tanrı onların haqqını bizim xalqa çox görməsin. Bütün qazilərimizə və ailələrinə Allahdan kömək diləyirəm. Qalib əsgər olmaq yaxşıdır, amma xalqımızın əbədi olaraq qalib xalq kimi başının uca olması mənim üçün hər şeydən üstündür. Bu illər ərzində ölkə başçımız güclü Azərbaycan Ordusu yaradıb. Ordumuzun cəsarəti 44 günlük müharibənin taleyini həll etdi.
- 2020-ci ilin 27 sentybrında Vətən müharibəsi başlayanda bizə elə gəlirdi ki, 2016-cı ilin aprel döyüşləri kimi qısamüddətli olacaq. Amma İkinci Qarabağ müharibəsi xalqımızın itirilmiş torpaqlarını, sınmış qürurunu özünə qaytardı. Siz də müharibənin ilk günlərindən döyüşə qatılanlardansınız. Bizə maraqlıdır, sizə çağırış gələndə bunu necə qarşıladınız? İçinizdən müharibəyə getməmək istəyi keçdimi?
- Mənə çağırış gəlməyib. General Polad Həşimovun ölümündən sonra onun həyatı ilə daha dərindən maraqlandım və onun əsgərləri ilə haqqında söhbət etdim. Belə təvazökar, fədakar və cəsur azərbaycanlını qətlə yetirən vəhşi rejimə qarşı döyüşmək üçün Yasamal rayonu “hərbi komissarlığı”nda könüllü döyüşçü kimi qeydiyyatdan keçdim. Müharibənin elan olunmasına bir neçə gün qalmış tanıdığım yüksək rütbəli hərbçi dostlarımdan, Yasamal “hərbi komissarlığı” və Mənzil İstismar İdarəsinin nümayəndələrilə bir neçə dəfə telefonla danışdım. Birinci çağırışla döyüşə getmək istədiyimi bildirdim. Sağ olsunlar, məni eşitdilər və 28 sentyabrda mən Füzuli istiqamətinə yollandım. Müharibəyə getmək istəməsəydim, heç müraciət etməzdim. Məncə, bu məsələdə hər şey açıq-aydın görünür.
- Hansı bölgələrdə döyüşlərdə oldunuz?
- Hazırlıq üçün qısa müddətə təmas xəttində yerləşən N saylı hərbi hissədə qaldım. Sonra isə Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdim. Müharibə bitəndən sonra isə səfalı Zəngilan rayonunundakı hərbi hissədə yerləşdik.
- Müharibəyə qədər cəmiyyətdə belə iradlar dolaşırdı ki, indiki gənclər gedib Qarabağı ala bilməz. Bir gənc olaraq bu iradlara sizin cavabınızı eşitmək xoş olar.
- Bilirsiz, belə əsassız fikirləri bütün gənclərə aid etmək olmaz. Amma belə fikirlərin yanlışlığını zaman və müxtəlif hadisələr sübut edə bilər. Mən birinci dəfədir bu fikri eşidirəm və ətrafımdakı nisbətən daha yaşlı adamlar bu fikirdə deyil. Qarabağ müharibəsi də göstərdi ki, bizim gənclik nəyə qadirdir. Müharibə xatirələrimi dərindən bölüşmək istəmirəm. Döyüş tapşırıqları və gördüklərim hərbi sirdir və bu sirləri mən daim qoruyacağam. Onu deyə bilərəm ki, Qarabağ ərazisinə ayaq basdığımız günün sabahı bizim mövqeləri Qrad tipli raket kompleksləri ilə atəşə tutdular. O gündən sonra müharibəni dərindən dərk etməyə başladım və irəlilədikcə, qəhrəman döyüşçü yoldaşlarımla qələbəyə inamımız daha da artdı.
- Bəs ailəniz sizin qərarınıza necə reaksiya verdi? Adətən analar bu məsələdə həssasdır. Onları anlamaq olar. Bəs atanız sizi müharibəyə yola salarkən hansı tövsiyə və məsləhətlər verdi?
- Mənim ailəmin heç nədən xəbəri yox idi. Sentyabrın 28-i “hərbi komissarlığ”a getməzdən əvvəl atamla anama hər şeyi izah etdim və onlarla halallaşdım. Ən çox yadımda qalan və heç riayət etmədiyim məsləhət “özünü soyuqdan qoru” oldu.
- Qeyd etdiniz ki, sizin müharibəyə yollanmağınızdan son anadək ailənizin xəbəri olmayıb. Sizcə, ailənizin xəbəri olsaydı, sizi müharibədən yayındırardı?
- Ailəm məni müharibədən yayındırmazdı. Amma müəyyən söhbətlər olacaqdı. Elə günlər olurdu ki, 10-15 gün ailəmlə telefonla danışmaq imkanım olmurdu. Həmin vaxtlarda onların nə hisslər keçirdiyini anlayırdım.
- Sizə də sirr deyil ki, ölkədə fərqli məmur obrazı formalaşıb. Hətta döyüşlərin qızğın vaxtında bəzi keçmiş və hazırkı məmurların övladlarını müharibədən yayındırmaları ətrafında söhbətlər dolaşırdı. Amma sizin müharibədə olmağınız mediada, sosial şəbəkələrdə rezonans doğurdu: vaxtilə nazir olmuş Fərhad Əliyevin oğlu müharibəyə gedib. Güman ki, bu söhbətlər sizə də gəlib çatdı. Bu məsələdə mövqeyinizi eşitmək istərdik.
- Vətən sevgisi, cəsarət, və bacarıq, mülk və səltənətlə bağlı deyil. Vətənpərvər kimi böyüməyimizdə ailəmizin də rolu var. Zamanla isə vətənpərvərlik içimizdə formalaşır. Mənim fikrim belədir. Bəziləri vətən sevgisi barədə fərqli düşünür. Hesab edirəm ki, o fərqli düşüncələr həmin insanlara aiddir. Məncə bu suala onlar daha dəqiq cavab verə bilər. Müharibədə iştirak etmək isə mənim vətəndaşlıq borcumdur.
- Noyabrın 10-da atəşkəslə bağlı üçtərəfli bəyanat imzalandı. Həmin bəyanatla müharibə başa çatdı. Müharibənin başa çatmasını eşidəndə bunu necə qarşıladınız?
- Müharibənin bitməsini müsbət qarşıladıq. Ətrafımda olan döyüşçülərin hamısı sevinirdi. Ermənistan hərbi kapitulyasiyanı imzalayaraq məğlub olduğunu etiraf etdi. Amma noyabrın 10-na qədər müharibənin hələ uzun müddət davam edəcəyini düşünürdük. Çünki Kəlbəcər, Ağdam, Laçın kimi ərazilərimiz işğaldan azad edilməmişdi. Hər dəfə torpaqlarımızın azad olunması xəbərini eşidəndə hədsiz sevinirdik.
- Ali təhsilinizi Londonda siyasət üzrə almısınız. Maraqlıdır, niyə xaricdə qalıb işləmək istəməmisiniz?
- 2015-ci ildə London School of Economics-dən (LES) Siyasi elmlər və fəlsəfə üzrə bakalavr dərəcəsində məzun olmuşam. Atama və ailəmə dəstək olmaq üçün Azərbaycandayam. Bacardığım qədər ailəmə kömək olmağa çalışıram. Ailəm məni böyüdüb bu yaşa çatdırıbsa, onlardan ötrü əlimdən gələni əsirgəməməliyəm.
- Hazırda nə işlə məşğulsuz?
- Hazırda ALCO şirkətinin İdarə Heyətinin üzvü, Xarici əlaqələr şöbəsinin rəhbəriyəm. Çalışıram hər dəqiqəmi dəyərləndirim və faydalı olum.
- Ailə qurmusunuz?
- Xeyr, subayam.
- Atanız vaxtilə məmur olub. Gələcəkdə məmur olmaq istəyərsinizmi?
- Hər şeyi zaman göstərər. Mənim bu barədə danışmağım doğru olmaz. İnsan düşüncələri stabil deyil, tez-tez dəyişir. İndi məmur olmaq düşüncəsində deyiləm. Gələcəkdə isə nə olacağını söyləyə bilmərəm.




Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub