Türkiyə və Fransa Dağlıq Qarabağı müzakirə etdi

img

09-02-2021 [22:19]


Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonn arasında telefon danışığı olub.

Bu barədə "Anadolu” agentliyi xəbər verir ki, telefon danışığının gedişatında ikitərəfli əlaqələr, Türkiyə və Avropa Birliyi (AB) arasında münasibətlər, Şərq Aralıq Dənizi, Dağlıq Qarabağ, Suriyada və Liviyada münaqişə müzakirə edilib.

Tərəflər qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin bərpasının əhəmiyyətini qeyd ediblər.

Hökumət rəsmiləri Türkiyənin AB ilə əlaqələrini canlandırmaq üçün strateji addımların atılmasının və işbirliyinə diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.

Kalın və Bonn miqrasiya razılaşmasını yeniləməyə və yeni yol xəritəsinin hazırlığı prosesini sürətləndirməyi razılaşdırıblar.

Liviyada böhranını müzakirə edən Türkiyə və Fransa rəsmiləri müvəqqəti hökumət üzvlərinin seçilməsini alqışlayıblar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA