Roma Papası Qarabağdan danışıb: “Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”

img

08-02-2021 [17:59]


“Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”.

Bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi zamanı vəziyyətin gərgin olduğu bölgələri sadalayarkən bildirib.

“Orada közərməyə davam edən bir neçə münaqişədən bəziləri son illərdə daha da alovlanaraq regiondakı sabitlik və təhlükəsiziyi təhdid edir”, – katolik kilsəsinin rəhbəri qeyd edib.

“Bizim dövrdə dinlərarası dialoq xalqlar və mədəniyyətlər arasındakı anlaşmanın mühüm parçasıdır”, - Roma papası vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev də iştirak edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA