İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV OLUNACAQ? - Ekspertdən iddialarla bağlı şərh
08-02-2021 [13:19]
Prezident İlham Əliyevin fevralın 4-də imzaladığı fərmanla “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında” Əsasnamə təsdiq edilib. Bundan əvvəl – 19 yanvar 2021-ci il tarixində “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” fərman imzalanıb. Yanvarın 27-də isə Şuşa rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edilib.
Yeni yaradılan xüsusi nümayəndəliklərin vəzifələrini, səlahiyyətlərini və bu dövlət təsisatının Konstitusiyaya uyğunluğunu təhlil etməzdən əvvəl qeyd edək ki, Azərbaycanda yerli idarəetmədə ciddi problemlər var. Rayon-şəhər icra hakimiyyətləri yerlərdə dövlət siyasətinin həyata keçirilməsində effektiv rol oynaya bilmir. Əksinə, rüşvət, korrupsiya bataqlığında çabalayan bu strukturun fəaliyyətini sabotaj kimi qiymətləndirmək olar. Bu fikri təsdiq etmək üçün qısaca onu xatırladaq ki, 2005-ci ildən etibarən regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün 3 Dövlət Proqramı qəbul edilib, rəsmi məlumatlara görə, bu istiqamətdə ümumilikdə 75 milyard manatdan artıq vəsait cəlb olunub. Amma bu günə olan nəticə ondan ibarətdir ki, rayonların əksəriyyəti mərkəzi büdcədən dotasiya almaqda davam edirlər. Onların gəlirləri öz xərclərini ödəməyə kifayət etmir. Rayonların əhalisi yenə çörəkpulu qazanmaq üçün Bakıya və Abşerona axın edir.
Halbuki proqramlar qəbul edilərkən başlıca məqsəd bölgələrin sosial-iqtisadi inkişafını, əhalinin məşğulluğunu təmin etmək, aqrar sektoru, emal sənayesini inkişaf etdirmək, nəticədə dotasiyadan asılılığı aradan qaldırmaq idi. Təəssüf ki, Azərbaycanda ÜDM-in 93 faizi yenə də Bakı-Abşeron iqtisadi rayonunun payına düşür. Ölkə əsas ərzaq məhsulları ilə özünü təmin edə bilmir, bölgələrdə işsizlik pik həddədir, ölkə üzrə yoxsul əhalinin əsas hissəsi də rayonlarda yaşayır.
2019-2020-ci illərdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 6 icra başçısını həbs edərkən ortaya çıxan mənzərə bölgələrin səfalət girdabına yuvarlanmasının səbəblərini də ortaya çıxardı. İcra strukturlarına rəhbərlik edən şəxslər dövlətin bütün resurslarını özlərinin varlanmasına sərf ediblər. Hətta onların rüsvayçı şəkildə həbs edilməsi belə digər məmurları cinayətkar fəaliyyətlərindən çəkindirə bilməyib. Bu gün də əksər icra hakimiyyətlərində eyni iş prinspləri qüvvədədir.
Bu hadisələr Azərbaycanda yerli icra hakimiyyəti strukturunun demontaj edilməsini, yeni, çevik, dövrün şərtlərinə uyğun icra qurumlarının yaradılmasını gündəmə gətirib. Prezidentin yaratdığı xüsusi nümayəndəlikləri yerli özünüidarə sisteminin dəyişdirilməsi istiqamətində atılmış ilk addım sayanlar var. Bəs, bu qurumlar bütün ölkə üzrə fəaliyyət göstərəcəklər, yoxsa təkcə işğaldan azad olunmuş ərazilərdə? Bələdiyyələrin yerli idarəçilikdə səlahiyyətləri nədən ibarət olacaq? Yeni təsisat Konstitusiya ilə ziddiyət təşkil etmir ki?
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, xüsusi nümayəndəliklərin yaradılmasının Konstitusiyaya uyğunluğu məsələsi hüquqi təhlil tələb edir:
“Belə ki, Konstitusiya ilə dövlət idarəetmə sistemində “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri” adlı idarəetmə qurumunu nəzərdə tutan birbaşa və dolayısı ilə hər hansı norma yoxdur. İndiki halda bu qurum dövlət hakimiyyət orqanları sistemində icra hakimiyyəti qurumu kimi yaradılıb. Konstitusiya ilə icra hakimiyyətinin strukturu belə müəyyən edilib: ali icra hakimiyyəti Prezidentə, yuxarı icra hakimiyyəti Nazirlər Kabinetinə, mərkəzi icra hakimiyyəti nazirliklərə, dövlət komitələrinə və digər bu kimi orqanlara, yerli icra hakimiyyəti isə yerli İH başçılarına məxsusdur. Yerli idarəetmə eyni zamanda yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir. Yəni Konstitusiya ilə yerli idarəetmə yerli icra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir”.
Həsənov deyir ki, bunlardan başqa, Əsasnamənin 1.1.-ci bəndinə görə, Prezidentin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsi kimi yaradılır:
“Hesab edirik ki, bu məsələnin hüquqi əsasları da mübahisəlidir. Əvvəla ona görə ki, Əsasnaməyə görə xüsusi nümayəndəlik yerlərdə – işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək və onun fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları yerli xarakterli məsələlərlə bağlıdır. Bu fəaliyyətlər mahiyyətcə əksər hallarda yerli icra hakimiyyətləri və yerli özünüidarə orqanlarının fəaliyyətləri ilə üst-üstə düşür. Burada xüsusi nümayəndəliyin fəaliyyətini həmin qurumların fəaliyyətlərindən bir qədər fərqləndirə biləcək əlaqələndirmə və nəzarət funksiyalarının olması qabardıla bilər. Lakin dərindən təhlil etdikdə bu funksiyaların birbaşa və ya dolayısı ilə yerli icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda da nəzərdə tutulduğunu görmək olar”.
Hüquqşünas belə qənaətə gəlir ki, Əsasnamədə xüsusi nümayəndəliklərin Prezident Administrasiyasının struktur bölməsi kimi yaradılması göstərilsə də, fəaliyyət predmetinə, hüquq və vəzifələrinə görə bu qurumlar mahiyyətcə yerli idarəetmə institutlarıdır:
“Bunlardan başqa, əgər xüsusi nümayəndəliklər Prezident Administrasiyasının struktur bölməsi kimi yaradılırdısa, onda niyə bu qurumların yaradılması ilə bağlı Prezidentin fərman və sərəncamlarında Konstitusiyanın 109-cu maddəsinin 13-cü bəndinə deyil, 109-cu maddənin 32-ci bəndinə (AR Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir) istinad edilir? Burada deyilə bilər ki, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi Prezidentə xüsusi nümayəndəliklər institutunun yaradılması üçün səlahiyyət verir. Hesab edirəm ki, Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi ilə nəzərdə tutulan dövlət idarəetmə institutlarını yarada bilər və bir daha qeyd edirəm ki, indiki halda Konstitusiya ilə icra hakimiyyəti strukturunda “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri” institutları nəzərdə tutulmayıb.
Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15.01.2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında” Əsasnamə ləğv edilib və hələlik yeni Əsasnamə təsdiq edilməyib. İndiki halda qüvvədə olan belə bir Əsasnamə yoxdursa, Prezident Administrasiyasının strukturunda xüsusi nümayəndəliklərin yerinin və bu qurumların hansı qurumun struktur bölməsi kimi fəaliyyət göstərməsinin hansı hüquqi sənədlə müəyyən olunması məsələsi açıq qalır”.
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub