Deputatdan məmurların həbsinə reaksiya: "Heç kəs məsuliyyətdən yaxa qurtara bilməyəcək”
06-02-2021 [21:35]
Vəzifədən azad olunmaqla canını qurtamış sayan sabiqlər yavaş-yavaş istintaqa cəlb olunmaqdadır. İstintaqın gedişi göstərir ki, söhbət min yox, milyonlarla büdcə vəsaitinin mənimsənilməsindən gedir. Hər gün yeni istintaqlar, həbslər kələfin ucunun tapılacağına doğru gedir.
Bu ərəfədə məmurların kabusuna çevirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qara maskalıları vəzifədən göndərildikdən sonra belə, günahkarları qarabaqara izləməkdədir.
Necə deyərlər, vəzifədən uzaqlaşmaq onları məsuliyyətdən uzaqlaşdırmır.
Mia.az xəbər verir ki, bu barədə danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, islahatların içərisində xüsusi yer alan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox önəmli əhəmiyyət kəsb edir:“Bununla bağlı fikirlər cənab Prezident tərəfindən 2018-ci ildə xüsusi intonasiya ilə deyilmişdi. Ölkə başçısı andiçmə mərasimində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağını açıq dedi. İndi o çıxışın konkret nəticələrini görürük. İstər vəzifədən uzaqlaşdırılan, istərsə vəzifədə olan hər kəs bu məsuliyyətdən yaxa qurtara bilməyəcək”.
Deputat qeyd edib ki, heç bir detal Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin gözündən yayına bilməz:
“Artıq bu proseslər gedir, heç kəs yaddan çıxarmasın ki, bu gün Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olan cənab Əli Nağıyev çox peşəkar və Azərbaycan dövlətinə çox sədaqətlidir. Onun nə gözündən, nə də istintaqından heç kim yaxa qurtara bilməyəcək. Ona görə də uzun illər boyu dövlətin pulunu oğurlayan, həmin vəsaiti özünün dədə-baba malı kimi mənimsəyən, istədiyi yerə səpələyən, daxildə və xaricdə özünə biznes yaradan, malikanələr quran kər kəs bu istintaqın qarşısında cavab verməli olacaq. Fərqi yoxdur, bu gün yaxud sabah, mütləq cavab veriləcək”. /Modern.az
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub