Ziya Məmmədov rayonda əkinçilik və maldarçılıqla məşğul olur: "İndiki dövrdə dolanmaq asan deyil..."

img

05-02-2021 [13:43]


Sabiq Nəqliyyat naziri Ziya Məmmədov hazırda kənd təsərrüfatı işləri ilə məşğul olur. 

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a Z.Məmmədovun özü məlumat verib:

O bildirib ki, hazırda rayonda evindədir: "Mən Ucardakı evimdəyəm, kənd təsərrüfatı ilə məşğulam, əkib-becərirəm. Artıq mənim başqa fəaliyyət növüm yoxdur. Rayonda arpa, buğda, yonca əkirəm. Mal-qaram var, dolanmaq lazımdır. İndiki dövrdə dolanmaq asan deyil. Təsərrüfatımda insanlar işləyir. Bu həmin ərazidə yaşayan insanların işlə təmin olunmasına dəstəkdir. Mən təbiətcə bekar qalmağı xoşlayan adam deyiləm. İşləmək istəyən insanlar üçün gözəl şərait qurulub. Cənab prezidentə bu cür şərait qurduğuna görə təşəkkür edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA