12-12-2013 [18:52]
Arzu ABDULLA
Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət verilir.
Bu günlərdə Milli Məclisin deputatlarının məvacibinin qəfil və səbəbsiz artırılması bütün ölkədə ironiya və qəzəblə qarşılandı. Lakin xalqımız yenə dözüm göstərib susdu. Amma arada bütün qəzəblilərin, yəni əhalinin təxminən 80 faizinin içində bir sual baş qaldırıb inidldədi-AXI NEYÇÜN? Sual cavabsız qaldı. Həm də səs içəri düşdü bayıra çıxmadı. Boğuldu səs, boğuldu sual.
Cavabsız suallar artdıqca artır. İçimiz bu cavabsız suallarla limhəlim doludur.
Sizə deputatlardan danışmayacam ki.?! Çünki onları hamımız tanıyırıq. Amma nədənsə bu maaş artımı olayından sonra tez-tez yadıma ötən il bir qaçqın ailəsində dünyaya gələn üçəmlər düşdü. Üçəmlərin nənəsi jurnalistləri aramışdı. Mən də getdim və gördüklərimdən üşəndim. 8 nəfərlik qaçqın ailəsi iki darısqal otaqda yaşayırdı. Üstəlik, dünyaya üçəmlər gəlmişdi. Yataqxananın koridoru o qədər dar idi ki, iki adam güclə yanaşı dayana bilərdi. Redaksiyaya dönüb Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevə zəng etdim. Sadəcə, ölkə qanunvericiliyində üçəmlər üçün hansı imtiyazların nəzərdə tutulduğunu öyrənmək istədim. O, dedi ki heç bir imtiyaz- zad nəzərdə tutulmayıb. "Musa Urud” imzasıyla şeirlər yazan, romantik şair-deputata qaçqın ailəsində yenicə doğulmuş üçəmlərin dözülməz şəraitdə yaşadıqlarını dedim. Elə bildim ki, gülə-çiçəyə, arıya, kəpənəyə şeir qoşan şair-deputatın ürəyi mum kimi yumşalacaq. Axı söhbət yenicə doğulan körpələrdən gedirdi. Amma Musa Quliyev üstümə qışqırıb elə bax, beləcə dedi: "Kasıbdı, canı çıxsın doğmasın. Ev almaqdan ötrü hamısı gedib süni mayalanma ilə qarınlarına üç -dörd uşaq qoydurular”.
Canı çıxıb doğan kasıb, daha sonra körpələrini elə canı çıxa-çıxa da saxlayır, böyüdür. Xəstələnəndə qonşudan borc alır, qonşuda olmayanda kredit götürür və uşağını sağaltmağa çalışır. Sonra canı çıxa-çıxa illərlə faiz ödəyir, krediti qaytarır. Amma qayğılar bitmir ki, axı bu uşaqdır. Sonra bu uşaq böyüyür və varlı ailələrdə böyüyən, harınlamış uşaqlardan fərqli olaraq sapsağlam olduğu üçün əsgəri xidmətə yollanır, nə bilim döyüş gedirsə, müharibəyə, lap ön cəbhəyə göndərilir. Axı kasıb balasını bu vətən üçün yetişdirir. Amma bu vətən bu kasıb üçün nə edir, bax bunu soruşmayın. "AXI NEYÇÜN” sualını da verməyin.
Bu dünyada çox ölkələr var o ölkələrin çoxunda uşaqlara uşaqpulu verilir 18 yaşa kimi. Bundan başqa, səhiyyə və təhsil xidmətləri pulsuz olur. Amma bizdə belə deyil.
AXI NEYÇÜN? Bu sualı hər gün özümə verirəm. Sularımız kəsiləndə, qazımız gəlməyəndə, marşrutu saatlarla gözləyəndə, dopdolu marşrutda ayaqlarım tapdananda və s.
Ötənlərdə ölkə başçısı bayram çıxışlarından birində çox yaxşı bir cümlə işlətdi: "Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan dövləti dayanır”. Doğrusu, bu sözlərdən ürəyim fərəhlə dolmuşdu. Amma bir anlıq. Axı biz nə zaman arxalı olduğumuz gördük ki? Bəlkə, arxalıyıq? O zaman gəlin, dünyada uşaqlara dövlət tərəfindən verilən təqaüdlərə baxaq.
Rusiyadabir uşaq üçün birdəfəlik müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır.
Əgər biz qonşu və düşmən ölkəErmənistanlabu sahədə müqayisələr aparsaq, yenə də uduzacağımızı görərik. Çünki Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilir. Üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.
Ermənistandayaşayış minimumu 70 dollar təşkil edir. Əgər müqayisələri davam etdirsək, yenə də uşaqlara münasibətimizin o qədər də ürəkaçan olmadığının şahidi olacağıq. Belə ki başqa MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir.
Ukraynadaailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət verilir. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.
Belarusiyadabirinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub.
Qazaxıstandabirinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.
Latviyadahər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.
İsveçrədəbütün siniflərdə məktəblilərə pulsuz kitab, paltar və gündə 3 dəfə yemək verirlər. 18 yaşına qədər hər şey uşaq üçün pulsuzdur, üstəlik, hər ay dövlət uşaqlara kompensasiya verir.
Almaniyadaüç yaşına qədər hər bir uşağa ayda 270 avro verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.
Avstriyadabirinci uşağın 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.
Fransadahətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
Böyük Britaniyadauşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
İsveçdəisə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.
İsraildəbirinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödənir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.
Finlandiyadaisə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.
Polşadauşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir.
Avstraliyadaisə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.
İndi "demokratik” Amerikanın bombaladığı Liviyada isə Qəddafinin dövründə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyirdi.
Birləşmiş Ərəb Əmirliyiisə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə doğulan uşağa 20 min dollara qədər müavinət verilir.
Heç nə, elə-belə. Elə-belə yazdım ki, bəlkə, şeir yazmaqdan, market, restoran açmaqdan, CİP almaqdan, çalıb-oynamaqdan, quzu kababı yeməkdən və xalqı quzu kimi mələtməkdən vaxtları olsa, ayda 2000 manatdan yuxarı maaş alanlarımız da bu yazıya bir göz gəzdirərdilər. Göz gəzdirmək sizin borcunuzdur. Yaxanızdan tutub sizi silkələyib haqqını istəməyən xalqın haqqının və borcunun istəniləcəyi gün çatmamış oxuyun. Soruşmayın o HAQQI sizdən kimlər soracaq. Aşıq Ələsgər deyirdi axı: "Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıq Ələsgər,
Özün gеtdin, sözün qaldı dünyada”.
Bəs sizdən nə qalacaq? Axı SÖZ də qalmayacaq…
birlik.az
"Burda ən çox qazanan məhz Azərbaycan oldu" - "Rusiya demək istəyir ki, bölgədən sakitcə getməyəcək, İran isə..." (MÜSAHİBƏ)
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək - Bu tarixdə
Bu gün ali məktəblərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
Zəngilanda yanğın törədən şəxs saxlanılıb
Qəzzada humanitar yardım almaq istəyən 22 nəfər öldürülüb
Ərdoğan: "Allah ölkəmizi hər cür bəlalardan qorusun”
İsrail ordusu İordan çayının qərb sahilinə basqın edib - Həbslər var
İmdat Avşar – Türk dünyasının parlayan ədəbi siması
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ baş verib - 6,1 bal gücündə
Ağdərədə meşə yanğını davam edir - VİDEO
Bakı - Xırdalan - Sumqayıt sürət qatarının qrafiki dəyişib - CƏDVƏL
"Bu, əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacaq" - Əliyevlə Zelenski müzakirə aparıb
Qazaxıstan prezidenti İlham Əliyevə zəng edib
Prezident İlham Əliyev Berdiməhəmmədova zəng edib: "ABŞ prezidentinin şahidliyi ilə..."
Rezidenturaya qəbul imtahanı keçirilib
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)
"Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın” - İsrail prezidenti və Netanyahu Əliyevlə Paşinyana mesaj verdi
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib: "Bu nəticələrin əldə olunmasında Trampın xüsusi rolu var"
İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı: 15 avqust, Alyaska - Elxan ŞÜKÜRLÜ YAZIR
"Ölkəmiz qarşısında böyük imkanlar açılır..." - İlham Əliyev Baydeni ittiham etdi, Trampla şəxsi münasibətlərindən danışdı (MÜSAHİBƏNİN TAM MƏTNİ, VİDEO)
Gürcüstandan ABŞ-dakı tarixi anlaşmaya - Reaksiya
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
ATV-nin süjeti: "Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa..." - 70 şagirdə bildiriş gəldi, nazirlik isə sonradan... (VİDEO)
ABŞ-da ÜÇTƏRƏFLİ TARİXİ ANLAŞMA: diqqət çəkən məqamlar... - TƏHLİL
Göyçayda zəlzələ oldu
"Hərdən deyirəm ki, kaş sənətə də gəlməzdim" - Afət Fərmanqızı
Paşinyan: "Artıq bir neçə aydır deyirəm ki..."
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Mehriban Əliyeva: "Sülh sazişi istiqamətində mühüm addım atılıb"
Azərbaycan nefti bahalaşdı
"Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız" - Əliyevlə Tramp arasında maraqlı dialoq + FOTOLAR
ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənədlər və bəyannamə imzalandı, mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada daha 17 nəfər öldürülüb
Ərdoğan: "Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçdi"
Prezidentin köməkçisi: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!"
Naxçıvan İpoteka Fondu yenidən formalaşacaq
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO