Spiker: “Gürcüstan bölgədə güc tarazlığının dəyişməsi səbəbindən təhlükəsizliyini gücləndirəcək”

img

03-02-2021 [14:08]


“Bölgədə güc tarazlığının dəyişməsi Gürcüstandan tərəfdaşları ilə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyəsini tələb edir”.

Bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze illik hesabatı təqdim edərkən deyib.

Spikerin sözlərinə görə, hökumət və parlament milli təhlükəsizlik üzrə yeni konsepsiya hazırlamağı planlaşdırır: “Sənəddə əsas prioritet hibrid, kibertəhdidlərə və Qərb əleyhinə təbliğatlara dayanıqlığın artırılması olacaq”.

A.Talakvadze Gürcüstanın ABŞ, Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində nümunəvi əməkdaşlığın olduğunu qeyd edib: “Müdafiə sahəsində tərəfdaşlarımız və NATO ilə də presedenti olmayan əməkdaşlıq həyata keçirilir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA