Deputat məmur özbaşınalıqlarından danışdı: "Suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir"

img

01-02-2021 [19:20]


Milli Məclisin yaz sessiyasının bu gün ilk plenar iclası keçirilir. 

Mia.az xəbər verir ki, iclasda çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, kommunal sahədə müəyyən tənzimləmələrə ehtiyac yaranıb:

“Məsələn, suyun, qazın qiymətiylə bağlı doğru izahat verilməlidir. O cümlədən şəhid ailələri ilə bağlı problemə aidiyyatı qurumlar doğru izah verməli idi. Bu məsələ dövlət başçısına çatan kimi Prezident məsələni həll etdi. Məmur özbaşınalığı müəyyən qədər görülən işlərə töhmət gətirir. Ona görə məsələlərlə bağlı məmurlar vaxtında izahat verməlidirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA