Gürcü ekspertin iddialarına şərh: Qarabağda "Vaqner" varmı? - Və İraqdakı müvəqqəti işlər vəkilinin səriştəsizliyi...
01-02-2021 [11:17]
2020-ci ilin sentyabrında Rusiyanın Ura.ru saytı “vaqnerçi”nin açıqlamasını dərc etmişdi: “Siqnal gələn kimi Qarabağa yola düşəcəyik. Biz Ermənistan tərəfdə vuruşacağıq..”.
Gürcü politoloq Qoça Qvaramia iddia edir ki, Rusiyanın özəl hərbi təşkilatı “Vaqner” silahlı birləşməsinin döyüşçüləri sülhməramlı adı altında Qarabağa yerləşdirilib. Gürcü ekspertin fikirlərində ziddiyyətli məqamlar da var. Bununla belə, onun səsləndirdiyi əksər iddialar həqiqətdən uzaq da deyil. Bizim bəzi politoloq və deputatlarımız bu məsələni şərh edərkən “vaqnerçi”lərin sülhməramlı adı altında Qarabağda yerləşdirilməsini inandırıcı hesab etmirlər, buna şübhə ilə yanaşırlar, Rusiyanın Qarabağda belə bir addım ata biləcəyinə inanmırlar. Çox təəssüf ki, onlar bu məsələni şərh edərkən, tutarlı fikirlərlə də səsləndirə bilmirlər, sadəcə nəzəri olaraq bunun mümkünsüz olduğunu izah etməyə çalışırlar.
İlk olaraq onu qeyd edim ki, Rusiyanın sülhməramlı adı altında “vaqnerçi”ləri Qarabağa yerləşdirməsi inandırıcıdır. Ona görə ki:
BİRİNCİSİ, münaqişə ocaqlarına, müharibə bölgələrinə “vaqnerçi”ləri yerləşdirmək Rusiyanın təkzibolunmaz və dövlət siyasətinin qeyri-rəsmi əsas istiqamətlərindən biridir. Marşruta diqqət edək: Rusiyanın qeyri-rəsmi hərbi birləşmələri olan “Vaqner” 2013-cü ildə Krımda idi. Orada yerli əhalidən (keçmiş hərbçilər) “Vaqner”ə xeyli sayda döyüşçü cəlb etdilər. Krımdan toplanan “vaqnerçi”lər xüsusi təlimlərdən sonra Suriyaya göndərildilər. Suriyada “vaqnerçi”lərin tərkibi daha da genişləndi, onlar bu dəfə Donbasda peyda oldular. Donbasda daha fərqli üslubda öz tərkibini zənginləşdirən “Vaqner” Liviyada görünməyə başladı. 2020-ci il avqust ayında isə Belarusda prezident seçkiləri zamanı sərhəddə baş verən iğtişaşlar zamanı bir neçə nəfər həbs edilir və məlum olur ki, “vaqnerçi”lərdir. Qarabağ dünyada mövcud olan münaqişələrin sırasında idi, Rusiya Qarabağı öz “marşurutu”ndan kənarda saxlaya bilməzdi. Bunun əksini düşünmək ən azı sadəlövlükdür. Əslində “vaqnerçi”lər 44 günlük müharibədən əvvəl Qarabağa gətiriliblər. Bu barədə Ukrayna və Rusiya mətbuatında sızdırılmış informasiyalar da yer alırdı.
İKİNCİSİ, düşünürəm ki, qondarma “dq”-in Araik Arutyunyanın özəl mühafizəsi də məhz “vaqnerçi”lərdən təşkil olunub. Bu, nə qədər inandırıcı görünməsə də, mühüm bir məqama diqqət yetirək. Hazırda Abxaziya və Cənubi Osetiyanın rəhbərliyinin mühafizəsi də “vaqner”çilər tərəfindən həyata keçirilir. Xüsusi qeyd olunmalıdır ki, “Vaqner”in tərkibində Rusiya xüsusi xidmət orqanlarının, QRU-nun keçmiş və hazırkı əməkdaşları da xidmət göstərirlər. Yəni, A.Arutyunyanın mühafizəsi təkcə onu fiziki baxımdan qorumağa hesbalanmayıb, həm də Xanəkəndidə Azərbaycan tərəfindən həyata keçirilə biləcək kəşfiyyat addımlarının qarşısını almağa hesablanıb.
ÜÇÜNCÜSÜ, Rusiya Dağlıq Qarabağda “Vaqner”ə ermənilərdən yeni döyüşçülər cəlb edəcək. Necə ki, digər bütün münaqişə ocaqlarında bunu həyata keçirib. Münaqişə-müharibə ocaqları “Vaqner” üçün əsas qida mənbəyidir. Onlar vampir kimi münaqişə ocaqlarında qanla doldurulub başqa ərazilərə transfer olunurlar. “Vaqner” bundan sonra harda peyda olacaq, bu başqa məsələ. Amma Dağlıq Qarabağdan da geri çəkilməyəcək.
DÖRDÜNCÜSÜ, Rusiya Qarabağa zəngin və dağıdıcı döyüş təcrübəsi olmayan hərbçiləri gətirməzdi. Rusiya sonuncu belə bir döyüş təcrübəsini Suriyada qazanıb, bu baxımdan sülhməramlıların tərkibində Suriyada döyüşmüş şəxslərin olması ehtimalı daha yüksəkdir. Əvvəla ona görə ki, Suriyada Türkiyə və Rusiya arasında yarımçıq qalan bir “savaş” var. Bu savaşın Qarabağda davam etdiriləcəyini də demirəm, ancaq Rusiya Azərbaycanda Türkiyənin qarşısına döyüş təcrübəsi olmayan, sırf Rusiyanın “sülhməramlı” missiyasının tərkibində olan hərbçiləri çıxara bilməzdi.
BEŞİNCİSİ, gürcü ekspertin dediyinə görə, Rusiyanın 1960 sülhməramlı hərbçisinin hamısı “vaqnerçi”lərdən təşkil olunub. Əslində sülhməramlıların tərkibinə 500-600 nəfərdən artıq “vaqnerçi” daxil etmək Rusiyanın taktiki addımlarına mane olardı. Hesab edirəm ki, “Vaqner” Qarabağda təkcə sülhməramlı adı altında mövcud deyil, onlar digər strateji “missiya” ilə çıxış edə bilərlər.
ALTINCISI, “Vaqner” təşkilatı ilə Ermənistanda Qarabağ klanını birləşdirən cəhətlər var. Ermənistanda Qarabağ klanı qisasa hazırlaşdığını bildirir, onlar nasist, şovinist ideyalara əsaslanırlar. Eyni zamanda, “Vaqner” də şovinizmə, qisasçılığa xüsusi rəğbət bəsləyir, qisasçılığı ön plana çəkir, Hitlerdən tez-tez misallar gətirirlər. Təsadüf deyil ki, “Vaqner” “müair Rusiyanın Hitleri”dir və bu, həm də Avropadan alınan növbəti qisasdır. Əgər Qarabağ klanı Ermənistanda hakimiyyətə gələcəksə, onlar daha rahat şəkildə anlaşa biləcəklər.
Belarusda, Krımda, Donbasda öldrülən şəxslərin “Vaqner” təşkilatının döyüşçsü olduğu şəxsiyyəti ilə təsdiqlənib.
Rusiya Qarabağa “vaqnerçilər” göndərdiyini heç vaxt təsdiqləməz. Əgər hər hansı formada bu ortaya çıxarsa, o zaman Rusiyanın sülhməramlı missiyası, tərəfsizliyi avtimatik şübhə altına düşür, Azərbaycanla-Rusiya arasında ortaq maraqlara zərbə altına düşmüş olur. Ona görə də maksimum səviyyədə bu məsələ ört-basdır ediləcək. Hətta Azərbaycanda bu məsələ nə vaxtsa, gündəmə çevrilsə, biz müxtəlif siyasilərin, media qurumlarının təpkisi ilə üzləşə bilərik.
Bəzi politoloqlar iddia edirlər ki, “Vaqner” Rusiyanın siyasi-iqtisadi maraqlarının ciddi olduğu ərazilərdə olurlar.
Məgər Qarabağ Rusiyanın ciddi siyasi-iqtisadi maraqlarından kənardadır?
Hazırda ciddi valyuta-pul-maliyyə problemi yaşayan Rusiya üçün Qarabağ və Azərbaycanın digər regional imkanları nəfəslik rolunu oynayır. Rusiya məhz buna çalışır və özünü iqtisadi baxımdan ayaqda tutmaq üçün yeni regional layihələrdəki iştirakını görəcəyik.
İstənilən halda, “Vaqner” bizim üçün hər hansı dövlətin sülhməramlı ordusu sayıla bilməz. Əgər onlar müharibə vaxtı ermənilər tərəfdə döyüşüblərsə, deməli, terrorçudurlar, bu gün də orda hər hansı ad altında mövcuddurlarsa, yenə də bizim üçün eyni anlamdadır.
Terrorun Azərbyacana qarşı daha bir sülhməramsız üzü...
Biz unutmamalıyıq: hazırda Azərbaycanda həbsdə ermənilər tərəfdə döyüşmüş 100-dən artıq terrorçu var.
Axı bizə məlum olan həqiqətlər var. İraqdan kürd terror təşkilatının xeyli sayda üzvləri Qarabağa gətirilib. Onlar iki yolla buna nail olurlar: xüsusilə, Zəngəzur vasitəsilə və Selaymaniyyədən təyyarə relsi ilə... İraqdan Qarabağa göndərilən kürd terrorçularını Tələbaninin himayə etdiyi heç kimə sirr deyildir. Bəs Tələbanini himayə edən hansı dövlətdir? Qarabağa terrorçular göndərən Tələbanini bu dövət niyə himayə edir? Əslində bu sualların da cavabı aydındır.
Qarabağda Azərbaycana qarşı həyata keçirilən terror siyasətində, ermənilərin 44 günlük müharibədəki iştirakında İraqdan gətirilən terrorçular az rol oynamadı. 44 günlük müharibə zamanı əsir götürülən erməni Albert Mikayelyan bildirirdi ki, Qarabağa kürd əsilli 1500-dən artıq döyüşçü gətirilib. Kürd terror təşkilatının Süleymaniyyədə yerləşən əsas qanadının muzdlu-terrorçu döyüşçüləri Qarabağda 44 günlük müharibə zamanı qəfil peyda olmamışdılar. Onlar 2020-ci ilin ortalarından Qarabağa daşınırdılar.
Bəs İraqdakı diplomatımız nə iş görür?
O, Azərbaycan dövlətini hansısa şəkildə məlumatlandıra, baş verənləri analiz edib dövlətimizlə əlaqəli şəkilə iş qura bildimi? Müharibədən öncə, həm müharibə dövründə, həm də hazırda diplomatımızın iş üslubu necə görün(ür)dü? O, 44 günlük Vətən savaşında öz ölkəsinə ciddi dəstək ola bildimi?
Söhbət Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədovdan gedir. Axı diplomatlar həm də “eşidən qulaq” olmalıdır. N.Məmmədovun fəaliyyətini araşdıranda şahidi oluruq ki, onun iş prinsipi İraqdakı ziyarətgahlara baş çəkməkdən ibarətdir. Vikipediyada onun haqqında hər hansı ciddi məlumat da yoxdur, hər hansı iş gördüyü də yazılmayıb. Sadəcə ziyarətgahlara baş çəkmlə, qurban kəsməkə məşğuldur. Qısası, küncə çəkilib. Cənab Məmmədov, siz orada ölkəmizin mədəniyyət müşaviri deyilsiniz.
İraq “dünyanın təzyiq mərkəzləri”ndən biridir. Cənab Məmmədov, orada tonometriniz tutmur, işləmir? Ölkəmizin təzyiqini orada necə ölçürsünüz, necə normallaşdırırsınız? Yox, görünür, ölçə bilmirsiniz. Ona görə də təzyiq oynayır və kürdü-PKK-sı, Tələbanisi Qarabağa səssizcə axışa bilir. Biz də bütün bunları kənardan eşidirik. Səriştəsizliyi adi sürücüyə, dülgərə, mühəndisə bağışlamaq olar, amma diplomata yox! Diplomat səriştəsiz, bacarıqsız oldusa, ölkənin bir qulağı, bir gözü kor olur. Sizin diplomatik fəaliyyətinizə böyük məbləğdə pullar xərclənir (indi bu rəqəmləri demək doğru deyil), bəs siz nə işlə məşğul olmusunuz? Dövlət illərdir sizə sərmayə yatırır, niyə batırırsınız bu sərmayəni? Sabah İraqda ölkəmizə qarşı “diplomatik xaos” planı hazırlansa, biz bunu kimdən eşitməliyik?
VACİB QEYD: Son zamanlar erməni terror təşkilatları, xüsusilə də, ASALA Ermənistandakı siyasi proseslərə ciddi müdaxilə edir. ASALA Ermənistanda Daşnaksütyun partiyası ilə birlikdə hərəkət edir, proseslərə dəstək verir. Tarix sübut edir ki, ASALA və Daşnaksütyun partiyası birlikdə hərəkət edən zaman bir müddət sonra terrora da start verilir. Məsələn, ötən əsrin 70-80-ci illərində 31 türk diplomatının və onların yaxınlarının qətlə yetirilməsi həm də ASALA və Daşnaksütyun partiyasının birlikdə hərəkət etməsinin nəticə idi.
Samir FEYRUZOV,
Azsiyaset.com
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib