Deputat Elnur Allahverdiyev haqda şok sənəd yayıldı: o, MSK-ya saxta sənəd təqdim edib? - Deputatdan açıqlama və Real-dan gözlənilməz addım...
31-01-2021 [16:03]
Milli Məclisin deputatı Elnur Allahverdiyevin parlamenty seçkiləri zamanı MSK-ya saxta sənədlər təqdim etməsi barədə sənəd yayılıb.
Mia.az xəbər verir ki, bu sənəd və iddianə araşdırmaçı jurnalist Cavanşir Həsənli yaymaqla yanaşı, deputatdan da münasibət öyrənib.
Mətləbə keçmədən əvvəl onu da qeyd edək ki, jurnalistin yaydığı sənəd və araşdırmasından sonra İlqar Məmmədovun lidferi olduğu Real partiyası Elnur Allahverdiyevin mandatının ləğv olunmasını tələb edib.
Bu barədə C.Həsənli növbəti statusunda yazıb: "Deputat Elnur Allahverdiyevlə bağlı yaydığım sənədə əsaslanaraq (hərçənd ki, istinad etməyərək) REAL Partiyası onun mandat aldığı 17 saylı Yasamal seçki dairəsində seçkilərin yenidən keçirilməsini tələb edir".
Beləliklə, mövzuya qayıdaraq, jurnalistin araşdırmasını və deputatın ona cavabını təqdim edirik:
“Milli Məclisin deputatı, “Kontakt Home”un sahibi Elnur Allahverdiyevin vaxtilə Sloveniyanın fəxri konsulu olduğu heç kimə sirr deyil. Hələ ötən il parlament seçkiləri ərəfəsində bu məsələ xarici ölkə qarşısında öhdəlik yaradan fakt kimi gündəmə gəlmişdi və MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı rəsmi açıqlama verməyə məcbur olmuşdu. MSK o zaman XİN-in Dövlət Protokol İdarəsinin arayışı əsasında Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsindəki fəaliyyətinin 29 dekabr 2019-cu ildə başa çatdığını bəyan etmişdi. Elnur Allahverdiyev də o zaman mətbuata açıqlama verərək məsələni bununla bitmiş saymışdı. Amma üstündən 1 il keçsə də ortada bunu təkzib edən fakt var və bu fakta XİN-in Dövlət Protokol İdarəsi cavab verməli, Mərkəzi Seçki Komissiyası Elnur Allahverdiyevin mandatının taleyi ilə bağlı aydınlıq gətirməlidir.
Aşağıda Sloveniyanın rəsmi qəzetindən (Uradni list Republike Slovenije) Elnur Allahverdiyevin bu ölkənin fəxri konsulu vəzifəsindən azad edilməsi ilə bağlı arayışın saxta olduğunu, əslində namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Rəsmi qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub.
Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı MSK-nın XİN-in Dövlət Protokol İdarəsinə istinad etdiyi arayış saxta olub, namizədin özünün hər hansı xarici ölkə qarşısında öhdəliyinin olmadığı barədə verdiyi məlumat həqiqəti əks etdirməyib.
Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib. İndi isə Elnur Allahverdiyev deyir ki, MSK-ya təqdim olunmuş arayış XİN-in Dövlət Protokol İdarəsi tərəfindən yox, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğu və Türkiyədəki səfirliyi tərəfindən verilib və orada onun Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddətinin 29 dekabr 2019-cu il tarixdə bitdiyi, bu ölkə qarşısında heç bir öhdəliyinin olmadığı qeyd olunub”.
Məsələ ilə bağlı jurnalistin ünvanlandığı suala Deputat Elnur Allahverdiyev belə cavab verib: “Cavab olaraq bildirmək istəyirəm ki, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğunun məktubuna əsasən, Fəxri Konsul Vəsiqəmin etibarlılıq müddətinin 29.12.2019-cu il tarixdə bitdiyi qeyd olunmuşdur. 29 dekabr 2019-cu il tarixindən konsulluq fəaliyyətim dayandırılmışdır. Eyni zamanda, Türkiyə Respublikasında yerləşən Sloveniya Respublikasının Səfirliyi tərəfindən də Fəxri Konsul kimi Sloveniya Respublikası qarşısında hər hansı öhdəliyimin olmadığı göstərilmişdir”.
Bu cavabdan sonra C.Həsənli yazır: "Əsas sualın cavabı isə açıq qalır, Sloveniyanın baş naziri 2019-cu ilin dekabrında fəaliyyətinə xitam verilmiş fəxri konsulu vəzifəsindən necə azad edib?
Yəqin ki, MSK və onun məsuliyyəti üzərinə yönəltdiyi XİN-in Dövlət Protokol İdarəsi aydınlıq gətirər, Sloveniya dövləti adından kim çıxış edib?"
Mia.az
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib