11-12-2013 [18:02]
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq rəylər qəbul ediblər.
Öncə «Azərbaycan» qəzetinin Modern.az internet portalında yayımlanmış «Tanınmış telejurnalist insult keçirdi» (2 avqust 2013-cü il) sərlövhəli xəbərdə yanlışlığın yer alması ilə bağlı müraciətinə baxılıb. Saytın təmsilçisi Xaqani Səfəroğlu şikayətdə ifadəsini tapan məqamların haqlı olduğunu, materialın saytdan götürüldüyünü, təkzib verildiyini deyib. O vurğulayıb ki, Modern.az jurnalistlərin sağlamlıq durumu ilə əlaqədar informasiyaları əvvəllər də təqdim edib və xoş mərama hesablanmış xəbərlər haqqında yazılan şəxsin səhhətinin yaxşılaşmasına yönələn tədbirlərin görülməsi ilə nəticələnib. «Azərbaycan» qəzetinin əməkdaşı Bəşir Səfərliyə münasibətdə də xoş niyyət ön planda olub. Sadəcə faktın dəqiqləşdirilməməsi haqlı narazılıq doğurub.
Komissiya cavabdeh tərəfin nəzərinə çatdırıb ki, şikayət doğuran material saytdan götürülsə də, ona digər xəbər portallarının da istinadı məsələnin ictimailəşməsi ilə nəticələnib. Sayta tövsiyə olunub ki, belə səpkili materiallar hazırlanarkən məlumatların dəqiqliyi müəyyənləşdirilməli, etik prinsiplərin tələblərinə əməl olunmalıdır. Yaranmış problemi aradan qaldırmaq istiqamətində görülmüş işlər barədə qarşı tərəfə cavab məktubunu göndərilməlidir.
«Space» Müstəqil Televiziya və Radio Şirkətinin «starxeber.az» saytında həmin telekanalın fəaliyyəti, rəhbərliyi və kollektivi haqqında yalan və böhtan dolu məlumatların yayılması ilə əlaqədar şikayətin araşdırılmasına cavabdeh tərəfin təmsilçisi qatılmayıb. Məlumat verilib ki, xəbər portalının rəhbərliyi dekabrın 10-da bu barədə orada məlumatla yanaşı Mətbuat Şurasının və şikayətçinin məktublarını yerləşdirib. Bunun prosedur qaydalara zidd olduğu göstərilib. Həmçinin etik prinsiplərə sayğısızlıq hallarının şikayət doğuran materiallarda özünü qabarıq biruzə verdiyi vurğulanıb. Komissiya «starxeber.az»ın «Space» telekanalında vaxtilə işləmiş İdris Cəfərovun qurumun rəhbərliyi haqqında yaydığı çıxışları qarşı tərəfin fikrinə aydınlıq gətirmədən yaymasının həqiqətə xidmət məramından irəli gəlmədiyini müəyyənləşdirib. Şikayətçi tərəfə məsələni hüquqi müstəvidə araşdırmaq tövsiyə olunub.
İclasda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin «Yeni Müsavat» qəzetilə əlaqədar müraciətinə baxılarkən mətbu nəşrin qarşı tərəfin mövqeyini verməsi əsas götürülüb. Məsələ həllini tapmış hesab edilib.
Komissiya Quba Sosial-İqtisadi Kollecinin və Quba Rayon Polis Şöbəsinin «dosye.az» saytı, İlisu Dövlət Qoruğunun «Təhqiqatın gücü» qəzeti barədə şikayətlərinə baxaraq hər iki kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqsədəmüvafiq sayıb.
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi