İran XİN başçısı: "Hazırkı atəşkəs iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır"

img

29-01-2021 [12:51]


“Hazırkı atəşkəs daimi hala gəlməlidir və ticarətin, iqtisadi münasibətlərin canlanmasına yol açmalıdır”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 29-da İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərimdə mən həmişə bunu vurğulamışam: keçmişi gələcəyə gedən yol olaraq görməliyik və bunu müsbət şəkildə istifadə etməliyik. Hazırda bütün 6 ölkə üçün zəmin hazırlanıb. Biz bölgənin və bu 6 ölkənin daha da inkişaf etməsi üçün fəaliyyət göstərə bilərik. Bura quru yollar, dəmir yolları, enerji sahəsi daxildir. Mən bu mövzuda optimistəm”, - o, deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA