Səfir: “Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı yüksək səviyyəyə çatıb”

img

28-01-2021 [15:06]


“Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir və bunu yüksək qiymətləndirir”.

Bunu Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasına həsr olunan onlayn vebinarda deyib.

Onun sözlərinə görə, Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı son illərdə yüksək səviyyələrə çatıb və mühüm əhəmiyyət kəsb edən nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi ilə nəticələnib.

Diplomat qeyd edib ki, Cənub Qaz Dəhlizi bölgədə tərəqqi və sabitliyə, həmçinin Avropa və Avroatlantik məkanın enerji təhlükəsizliyinə töhfə verir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA