AŞPA-nın vitse-prezidentləri seçilib - SİYAHI

img

25-01-2021 [17:59]


Bu gün qış sessiyasının açılışından sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidentləri seçilib.

Məlumata görə, AŞPA-da 17 deputat vitse-prezident vəzifəsinə bir il müddətinə seçiliblər.

Vitse-prezident vəzifəsinə seçilən deputatlar aşağıdakı şəxslərdir:

Jose Badia (Monako), Theodora Bakoyannis (Yunanıstan), Gusty Graas (Lüksemburq), John Howell (Böyük Britaniya), Kimmo Kiljunen (Finlandiya), Irakli Kobakhidze (Gürcüstan), Emanuel Mallia (Malta), Oleksandr Merezhko (Ukrayna), Arkadiusz Mularczyk (Polşa), Miroslava Nemcova (Çexiya), Zsolt Nemeth (Macarıstan), Andreas Nik (Almaniya), Lars Aslan Rasmussen (Danimarka), Pyotr Tolstoy (Rusiya), Nicole Trisse (Fransa), Laima Liucija Andrikiene (Litva) və Ahmet Yildiz (Türkiyə).

İtaliya, Niderland və Moldova nümayəndəlikləri üzrə vitse-prezident vəzifələri boş qalıb.

Vitse-prezidentlər illik sessiyanın başlanğıcında seçilir və növbəti sessiyanın açılışına qədər bu postda qalırlar. Lakin sessiyanın gedişində nümayəndə heyətinin tərkibində dəyişiklik olarsa, vitse-prezident ofisi tərk etməli olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq