“İmişli-Quşçuluq” iflas olunduğunu elan edib

img

23-01-2021 [16:47]


İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib.

Məlumata görə, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək.

Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı Səfərovadır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA