Paşinyanın keçmiş yazısı üzə çıxdı: ""Azərbaycan-türk qurbanları” ifadəsi niyə ermənilərin şüurunu qaraldır?"

img

20-01-2021 [15:50]


Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə çıxıb.

Yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub.

Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir.

Daha sonra isə o qeyd edir:  “Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.

Nikol Paşinyanın 23 il öncə yazdığı məqalə Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olması fonunda ölkədə yenidən müzakirələrə səbəb olub/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA