Müsavat başqanı: "ABŞ-ın yeni admnistrasiyası ilə münasibətlər yeni keyfiyyətdə qurulmalıdır"

img

14-01-2021 [12:20]


“Azərbaycanın çoxşaxəli xarici siyasət yürütmək imkanlarından tam olaraq istifadə edilməlidir. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının möhkəmlənməsi və inkişaf etməsi çox mühümdür. Alqışlayıram”. 

Mia.az xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı özünün facebook səhifəsində yazıb.

O, qeyd edib ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) birliyinin Türkiyənin də iştirakı ilə dirçəldilməsi üçün yaranan yeni geopolitik şərait dəyərləndirilməli, deklorativ Avrointeqrasiya siyasəti, gerçək siyasi və iqtisadi addımlarla əvəz olunmalı, ABŞ-ın yeni admnistrasiyası ilə münasibətlər əvvəlki dövrlərdən fərqli, yeni keyfiyyətdə qurulmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA