Ərdoğandan CHP liderinə kəskin mesaj: "Zərrə qədər qüruru varsa..."

img

13-01-2021 [16:58]


“2023 seçkilərində Cümhur İttifaqı olaraq həm məclisdə mütləq çoxluqla təmsil olunacağıq, həm də prezident seçkilərini təkrar qazanacağıq”.

Mia.az TRT haber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

O bildirib ki, 2023-cü il hədəflərinə çatmaq üçün bir an olsun dayanmayacaqlar.

Ərdoğan daha sonra CHP lideri Kamal Kılıcdaroğlunu sərt tənqid edib: "Əgər onun zərrə qədər qüruru varsa, kasetlə (CHP-nin sabiq lideri Dəniz Baykalın seks kaseti ilə istefa etməsinə işarə vurur - red) gəldiyi postdan dərhal istefa verərdi...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA