Tanınmış jurnalist partiya sədrinin müavini təyin olunub

img

12-01-2021 [23:21]


Tanınmış jurnalist Əli Həziquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini vəzifəsinə təyin edilib.

Mia.az xəbər verir ki, Əli Həziquliyev BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələrinə məsul olacaq.

Qeyd edək ki, Əli Həziquliyev Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, "Elçi” qəzetinin və eyni adlı saytın baş redaktorudur.

BAXCP-nin ilk qurultayından partiyanın sıralarında təmsil olunur. Daha əvvəllər BAXCP Ali Məclisinin və İdarə Heyətinin üzvü olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR