İsrailli ekspert: "Moskvada vacib sənəd imzalanıb və bu, böyük nailiyyətdir"
12-01-2021 [17:50]
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşündən sonra imzalanan sənəd bölgənin iqtisadi blokdan çıxarılması baxımından çox vacibdir”.
Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel deyib.
“Bu, vacib sənəddir və böyük nailiyyətdir. Bu saziş bütün bu illər ərzində bağlı halda qalmış, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri olmayan, iqtisadiyyatı böyük ölçüdə iflic olan Ermənistana da fayda gətirəcək”, - o, bildirib.
Ekspert həmçinin Ermənistan ictimaiyyətinin bütün bu hadisələri son dərəcə mənfi qəbul etməsinə görə təəssüf hissi keçirdiyini vurğulayıb.
“Narazılıq, qəbuletməmə, qəzəb və aqressiyanın şahidi oluruq. Niyə belədir?! Birincisi, bunun səbəbi erməni xalqının təhsil sisteminə və mədəniyyətinə aşılanan qürurdur. Bilirsiniz, bu vəziyyəti yəhudi xalqı ilə müqayisə etsək, bizim xalq da çox qədimdir, eyni zamanda qürurludur. Amma qürurumuz heç vaxt ağlımızı üstələməz. Daha faydalı, daha düzgün və tədbirli bir şey görsək, bu qüruru bir kənara qoyub doğru, mütənasib seçim edirik. Belə bir qədim yəhudi deyimi var – “Doğru olma, müdrik ol”, - M.Finkel söyləyib.
Mütəxəssisin fikrincə, bu anda ermənilər üçün yeganə sərfəli və düzgün addım hansısa yolla iqtisadi cəhətdən dizlərini yerdən qaldırmaqdır.
“Ancaq onlar kasıb insanları haqqında düşünmürlər. Bu müdrik olmayan və əsassız yanaşmadır. Bu, həddi aşan millətçiliyin işarəsidir və bu, ağlı kölgədə qoyan emosional hissdir. Belə yaşamaq olmaz. Ümid edirəm ki, Ermənistan hələ də ağlı başında olan siyasətçilər qalır və onlar millətçilərin üfüqdə görünən bu perspektivləri məhv etməsinə icazə verməyəcəklər. Azərbaycan xalqına uğurlar və müvəffəqiyyətlər arzulamaq istəyirəm, çünki siz ağılla yaşayırsınız. Bu, xalqınızın böyük müdrikliyini göstərir. İnsanlar duyğularla deyil, ağılla yaşadıqda, bu xalq qazanır”, - M.Finkel fikrini tamamlayıb.
Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və görüşdən sonra birgə bəyanat imzalanıb.
Növbəti dörd gündə güclü külək əsəcək - Xəbərdarlıq
Makron baş nazirin istefasını qəbul edib
İSRAİLDƏN QƏTƏRDƏ ŞOK ƏMƏLİYYAT: HƏMAS liderləri öldürüldü? - Ordu xəbəri təsdiqlədi (FOTO, YENİLƏNİB)
"Abzas Media"çılarla bağlı qərar verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Uber”, “Bolt” hava limanına buraxılmayacaq? - YENİ QƏRAR (AÇIQLAMALAR, VİDEO) - Yenilənib
Şıxlinskinin həbs müddətini uzadılıb
General Milli Məclisdə: "Nazirə rütbələri bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"
SAHİL BABAYEV TAPŞIRIQ VERDİ: iki qurumda yoxlama başladı - Mətbuat katibi xəbəri təsdiqlədi
Manaf Ağayevin oğlu müşavir təyin edildi
CHP sədri "Gələcək iqtidar partiyasını ələ keçirməyə cəhd" olduğunu deyir: "Həyatı durduracaq addımlar ata bilərik"
"Polis haqqında" qanun dəyişir - Yeni qanun müzakirəyə çıxarılıb
Hotel sahibi polis postunun suyunu niyə kəsib? - Şuşada maraqlı olay
İftixar Piriyev vəzifədən azad olunub
CHP-nin keçmiş sədri 25 dəqiqəlik görüşdən sonra: "Kılıçdaroğlu geri dönmək istəyir, belə edərsə, küçəyə çıxa bilməz"
Sabah Masallıda bu kəndlərdə qaz olmayacaq - SİYAHI
Milli Məclisdə xüsusi iclas keçirilib (Yenilənib)
"Sonsuz qardaşlıq - IV": Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimə başlayıb
Sabah hava necə olacaq? - Proqnoz
Qəzza bombalanıb: daha 11 nəfər ölüb, 25 nəfər isə itkin düşüb
Qəzzada aclıq: daha 6 nəfər ölüb
Maduro savaşa hazırlıq mesajı verdi: "Sizin əsl niyyətiniz rejimimizi devirmək, sərvətimizi almaqdır"
AzTV çəkdi: nəhəng duz gölünə kanalzasiya suyu axıdılır - VİDEO
Metroda gedişhaqqı ödənişi qaydası dəyişir?
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
Türkiyə yığmasının üzvü "Barselona"nın hədəfində - 70 milyon avro
Ət bahalaşdı: "Alıcı qüvvəsi də yoxdur" - VİDEO
Kolleclərə qeydiyyat başlayır
Spiker: "Vaşinqtonda Trampın şahidliyi ilə..." - "Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir"
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb
Gəncədə hava limanından qızıl-zinət əşyaları oğurlanıb
BEYİN MƏRKƏZİNDƏ YENİ QURUMLAR YARADILACAQ - Prezidentdən Forum iştirakçılarına müraciət
MEDİADA REKLAM ÇARXI: pulu kimə və hansı kriteriyalarla verirlər?
Azərbaycan nefti bahalaşdı
3 komanda Türkiyə Kubokundan kənarlaşdırıldı
"Fənərbağça" oyunçusunu icarəyə verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR