""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir" - Rəsmi açıqlama yayıldı

img

12-01-2021 [13:07]


"WhatsApp" messencerinin rəhbərliyi yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

Bu barədə messencerin rəhbərliyi öz "Twitter" hesabında məlumat yayıb.

""WhatsApp" və "Facebook" şəxsi mesajlarınızı görmür və zəngləri dinləmir. "WhatsApp" kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. "WhatsApp" əlaqə siyahınızı "Facebook" ilə paylaşmır. "WhatsApp"dakı qrup söhbətləri gizli qalır", - məlumatda deyilir.

Bundan əvvəl "WhatsApp" istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi "Facebook"la məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:28 22.01.2021

Zidan koronavirusa yoluxub