Allah səndən razı olsun, oğul!

img

08-12-2013 [13:53]


Magazanın qarşısında avtomabilimdə oturub həyat yoldaşımı gözləyirdim. Maşından bir az aralıda dayanan şux qamətli, agsaçlı bir nəfər mənim diqqətimi cəlb etdi.

Doğrusu, haradansa tanış bir sifət cizgiləri mənə 20 il öncəni xatırlatdı. Mən yanılmırdım; bu, o idi- doctor Qəhrəmanov. Yaxınlaşdım, salamlaşıb- görüşdüm . Bİr az tanışlıq verdikdən sonra, deyəsən, doctor da məni xatırladı və biz az da olsa səmimi söhbət etdik. Ömrüm boyu unutmadıgım bir hadisəni minnətdarlıqla ona xatırlatdım. İnstitutun axşam şöbəsində təhsil ala-ala tikintidə çalışırdım. Uşaq evinin təmir işləri mənim inşaat ustası işlədiyim briqada tərəfindən yerinə yetirilirdi.O zamanlar doktor Qəhrəmanov Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri idi . Ayda bir-iki dəfə özü şəxsən gələr , təmirin gedişi ilə maraqlanar və öz fikirlərini mənə bildirərdi.Bizim tanışlıgımız doktorla elə oradan başlamışdı. Günlərin birində axşam institutdan evə qayıdanda anamın gözünü tutub sızıldadıgını ,ağrı cəkdiyini gördüm.Anam işdə gözünə nə isə düşdüyünü söyləyib baxmağımı istədi.Gozünün içi qırmızı idi .Səhərə qədər yata bilmədim, səhərin açılmasını gözlədim. Səhər taksi cağırıb anamı 9-cu mikrorayonda yerləşən göz xəstəxanasına apardım. Çöldə xəstəxananın binasına girmək istəyən çoxlu adamlar var idi.Qapıda dayanan tibb bacısı içəri heç kimi buraxmırdı ki, Səhiyyə Şöbəsindən yoxlama gəlir, gözləyin. Birtəhər tibb bacısına yaxınlaşıb anamın gözünə tikan batdıgını və çox ağrıdıgını bildirdim.Çığır-bağır salaraq heç kimi içəri buraxmayacağını deyirdi.Əlacsızlıqdan,anama kömək edə bilmdiyimdən pərt vəziyyətdə nə edəcəyimi bilmirdim.Birdən həkimlərin qapıdan çıxıb gələn maşından düşən adamı dövrəyə aldıqlarını gördüm, yaxınlaşırdım onlara .Elə bil Allah-təala səsimi eşitdi. Həkimlərin dövrəyə aldığı adam onları aralayaraq düz mənə tərəf gəldi..Bu doktor Qəhrəmanov idi.Elə bil doğma adamını görür kimi mənə yaxınlaşıb: "Xeyir ola, oğlum, məninlə işin var? "Anamın gözünə tikan batıb, cox agrıyır”,- deməyimlə bizi icəri dəvət etdi, baş həkimin otağına aparıb rahat dərdimizi dinlədi.Baş həkim bayaqdan bizi qapıdan içəri buraxmayan tibb bacısına bizə çay gətizdirib özü şəxsən anamın gözünə baxmaq üçün o biri otağa keçdi. Vaqif həkimlə mən çay içərək sohbət edirdik ki, anam və baş həkim içəri girdilər. O,anamın gözündən tikan çıxardığını dedi, həmin tibb baçısına yazdıgı reseptdəki dərmanları gətirdib bizə verməsini tapşırdı. Elə bil mən göyün yeddinci qatında idim.Anam rahatlaşmışdı .Doktorla görüşüb evə gedirdik; anamın sevgi dolu baxışları ilə mənimlə qürür duyduğunu hiss edirdim. "Allah səndən razı olsun, oğul!”- sözləri hələ də qulağımda səslənir bu alicənab , təvazökar insanı görəndə. Sübhan Arifoglu "Zaman və Biz” qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR