Putin müşavirə keçirib: Qarabağ və Cənubi Qafqazdakı vəziyyətlə bağlı

img

10-01-2021 [17:28]


Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər/APA.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR