Milli Məclisin yaz sessiyasının ilk iclasının vaxtı bəlli oldu

img

30-12-2020 [13:45]


Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı müəyyənləşib.

Mia.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

2021-ci ildə isə fevralın 1-i bazar ertəsinə düşdüyündən parlamentin yaz sessiyasının ilk plenar iclası məhz həmin tarixdə keçiriləcək.

Xatırladaq ki, bu gün Milli Məclisin 2020-ci il payız sessiyası başa çatıb və bununla da deputatlar tətilə çıxıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA