Azərbaycanda həkimlər daha bir jurnalistə faciə yaşatdılar - Ana ölümü

img

05-12-2013 [00:50]


Bu gecə Biləcəri Dəmiryol xəstəxanasının həkimləri jurnalist Səadət Abbasovanın anasını iynə vuraraq həyatından ediblər.

Mia.az Simsar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib. S.Abbasova bildirib ki, anası Elmira Abbasovanın ayağı çıxıb və təcili xəstəxanaya qaldırıblar. Lakin həkimlər onun hipertoniya xəstəsi olduğuna diqqət etmədən ona sistem qoşaraq ard-arda iynə vurublar. Qadın şoka düşüb və keçinib. Jurnalist Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng etsə də bildiriblər ki, xəstəxanadan Səhiyyə Nazirliyi deyil Dəmiryol Idarəsi məsuldur.

Faktla bağlı Binəqədi polisi hadisə yerində araşdırma aparır.     

Mia.az xəbə verir ki, S.Abbasova uzun müddət mətbuatda Səadət Sultan imzası ilə çıxış edib. O, "525-ci qəzet" və digər qəzetlərdə yazıb. Hazırda AMEA-da işləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR