Sergey Markov: “Qarabağda partizan fəaliyyətinin məsuliyyəti Ermənistanın üzərinə düşür”
28-12-2020 [16:39]
“Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb”.
Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.
“Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatda statusla bağlı heç bir qeyd yoxdur. Lakin bununla belə Rusiya rəsmilərinin bəyanatlarında Dağlıq Qarabağın gələcək statusları ilə bağlı fikirlərə rast gəlinir. Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağdakı separatçı rejimin bayrağı nümayiş olunur. Rusiya sülhməramlılarının bunu etməkdə məqsədi nədir?” sualına rusiyalı politoloq belə cavab verib: “Dağlıq Qarabağın statusu məsələsi gələcək üçün ən ciddi maneə olacaq. Bu gün statusla bağlı Azərbaycan və erməni tərəfində olan anlayışlar arasında böyük ölçüdə məsafə mövcuddur. Azərbaycan Dağlıq Qarabağa adi status təklif edir. Bu, Azərbaycanın bir regionunun adi vilayət statusudur. Azərbaycan həmin regionun erməni vətəndaşlarının digər Azərbaycan vətəndaşları kimi bərabər hüquqluluğunu maksimal dərəcədə təmin edəcəyini bildirir. Ermənistan rəhbərliyi isə Dağlıq Qarabağın əvvəlki statusunun qalmasının tərəfdarıdır. İrəvan ancaq ermənilərdən ibarət olan və Laçın dəhlizi vasitəsi ilə monoetnik Ermənistana inteqrasiya olunmuş “tanınmamış respublika”nın qalmasını və bütün bu prosesin Rusiya sülhməramlıları tərəfindən qorunmasını istəyir. Bu iki anlayış arasında böyük məsafə var. Hesab edirəm ki, gələcək danışıqlar Dağlıq Qarabağın yeni statusuna mərhələli keçidi təmin etməlidir. Hansı ki, bu status Dağlıq Qarabağı bir region kimi Azərbaycanın siyasi, dövlət və iqtisadi məkanına tamamilə inteqrasiya olunmasını təmin etməlidir. Bunu həm də Birləşmiş Millətlər Təşkilatının əsas prinsipləri də deyir. Lakin bu yolu keçmək yetərincə çətindir. Bilirik ki, Azərbaycan Dağlıq Qarabağda yeni müharibə istəmir. Azərbaycan kommunikasiyaların tamamilə açılmasına və ermənilərin ölkə məkanına inteqrasiyasına üstünlük verir.
O ki qaldı Rusiya sülhməramlılarına, deyim ki, onlar daha çox Ermənistan tərəfinin mövqeyinə qulaq asırlar. Düşünürəm ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıları ilə əməkdaşlığı maksimal dərəcədə gücləndirməlidir. Onlarla daha çox təmasda olub, danışıqlar aparılmalıdır. Əminəm ki, Rusiya sülhməramlıları bu vəziyyətdə Azərbaycan tərəfini, onun düşüncəsini, məntiqini daha çox anlamağa başlayacaqlar”.
S. Markov qondarma rejimin bayrağının Rusiya sülhməramlılarının fonunda nümayiş olunmasını qəbuledilməz hesab edir: “O ki qaldı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında sülhməramlılarla birgə nümayiş olunmasına, düşünürəm ki, o bayrağın orada olması qəbuledilməzdir. Çünki atəşkəslə bağlı razılaşmada, heç bir sənəddə bu qondarma rejimin adı qeyd olunmayıb. Həmin saziş qondarma rejimlə Azərbaycan arasında deyil, Ermənistanla Azərbaycan arasında bağlanıb. Üçtərəfli bəyanatda heç bir “tanınmamış respublikanın” adı yoxdur. Ona görə də düşünürəm ki, Azərbaycan tərəfi Rusiyaya təklif etməlidir ki, sülhməramlı əməliyyat prosesində ancaq Azərbaycan, Rusiya, Ermənistan və BMT-nin simvolları iştirak etsin. Məncə, Rusiya sülhməramlıları bununla tamamilə razılaşacaqlar. Azərbaycan tərəfini Rusiya sülhməramlıları ilə daha çox kommunikasiya qurmağa çağırıram”.
Rusiyalı siyasi ekspert ermənilərin dünən Xocavənd rayonunda Azərbaycan hərbçilərinə hücum etməsinin atəşkəs sazişinə zərbə olduğunu söyləyib: “Ermənistan silahlı birləşmələrinin Azərbaycan hərbçilərinə hücumu Dağlıq Qarabağda atəşkəsin sülh ruhunu pozur. Düşünürəm ki, bu təxribat Paşinyan hökuməti ilə bağlı deyil. Çünki rəsmi İrəvan yaxşı başa düşür ki, atəşkəsin pozulması qalib Azərbaycan Ordusunun döyüş fəaliyyətini davam etdirməsi və qalan əraziləri də nəzarətə götürməsi ilə nəticələnəcək. Bu fəlakət isə Ermənistan əhalisinin Paşinyana daha çox nifrət etməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, atəşkəsin pozulması ilə ya ultramillətçi təşkilatlar, “Daşnaksütyun”, “Sasna Tsrer”, ya da Dağlıq Qarabağ və ətraf rayonları 90-cı illərin əvvəlində işğal edən və bu gün ordan çıxmağa etiraz edən hansısa erməni qrupları məşğuldurlar. Mümkündür ki, həmin erməni qrupları ilə ultramillətçilər arasında hansısa bağlılıq var. Bütün hallarda bu cür partizan faəliyyətinin məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan ya təminat verməlidir ki, bu cür hallar baş verməyəcək, ya da həmin qruplara, diversiya aktlarını təşkil edənlərə qarşı üçtərəfli hərbi əməliyyat keçirilməlidir. Erməni diversantlara qarşı əməliyyatda Rusiya, Azərbaycan və Ermənistan hərbi bölmələri iştirak etməlidir ki, regionda hamının təhlükəsizliyi təmin olunsun. Əgər indiki halda ancaq Azərbaycan tərəfinə hücumlar olursa, onda ilk növbədə Azərbaycan hərbçilərinin və gələcəkdə isə oraya qayıdacaq Azərbaycanın dinc əhalisinin təhlükəsizliyi təmin olunmalıdır. Bu, çox vacibdir. Artıq indidən bu haqda düşünmək lazımdır”/APA.
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib