Spiker deputatların istəyinə "yox" dedi: “Xeyr, əgər narahat olursunuzsa..."

img

24-12-2020 [12:58]


Milli Məclisin bu gün keçirilən plenar iclasında zalda əyləşən deputatların bəziləri büdcə ilə bağlı çıxışların reqlamentinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif ediblər.

Mia.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova deputatların bu təklifi ilə razı olmadığını deyib.

“Xeyr, bu sıradan bir sənəd deyil. Biz 10 dəqiqə çıxış edəcəyik. Əgər pandemiyaya görə narahat olursunuzsa, dünən deputatların hər biri koronavirus testindən keçiblər”, - spiker bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA