Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə mərkəzdə bir türk və bir rus general olacaq”

img

22-12-2020 [17:12]


“Bizim heyətimiz Azərbaycandadır. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim heyətimiz orada fəaliyyətə başlayacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Ağdamda yerləşəcək Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəzdə bir türk və bir rus general olacaq.

“Bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə çalışıb Dağlıq Qarabağda atəşkəsin davamlı olması üçün zəruri olan hər şeyi edəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA