PA-nın şöbə müdiri daha 10 partiya lideri ilə görüşdü - Nələr müzakirə olunub?
16-12-2020 [14:48]
Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Mia.az xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam edir.
Növbəti görüşlər Milli Məclisin deputatları - Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, həmçinin Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin və Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında təşkil olunub.
Görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.
Azərbaycanda ümummilli həmrəyliyi yaşadan və müasir tariximizin ən parlaq səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə olunan qələbənin əsas qəhrəmanı Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandandır. Məhz xalqın Azərbaycan Prezidenti İlham Əliyevə olan dəstəyinin və inamının nəticəsidir ki, 44 gün davam edən müharibə zamanı Azərbaycanda yaşanan mütləq birliyin şahidi olduq.
“Əldə olunan Qələbə sayəsində dövlətimiz öz inkişaf tarixində mahiyyət etibarilə yeni mərhələyə keçid alır”, – fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin hər bir üzvündən təşəbbüskarlıq və fədakarlıq tələb olunduğunu vurğulayıb. Qeyd edib ki, cəmiyyətdə mövcud olan bütün potensialın səfərbər olunmasında siyasi partiyalar aparıcı rol oynamalıdır.
Siyasi partiyaların rəhbərləri ilə görüşlərdə Vətən müharibəsi kontekstində Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri geniş müzakirə olunub. Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin qələbənin əldə olunmasında böyük rol oynadığını xatırladan Ə.Vəliyev vurğulayıb ki, Azərbaycan xalqı Türkiyənin bu dəstəyini müharibənin ilk saatlarından hiss edib. Tarixboyu müxtəlif sınaqlardan keçən Azərbaycan-Türkiyə birliyi bu dəfə də imtahandan uğurla çıxdı. Ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, siyasət, etibarlı münasibətlər və səmimiyyət bu birliyi qoruyan əsas amillərdəndir.
Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ilə görüşlərində Qələbə mövzusu ətrafında danışarkən Azərbaycan Prezidenti İlham Əliyevin xalqa dekabrın 1-də etdiyi müraciətindən sitat gətirib: “Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”. Ölkə rəhbərinin bu fikirləri qazanılmış böyük qələbədən sonra Azərbaycanın regiondakı geosiyasi statusunun və rolunun artacağının qaçılmaz olduğuna işarə edir.
Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Əməkdaşlığın əhəmiyyətini və zərurətini xüsusi olaraq vurğulayan Ə.Vəliyev gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində maraqlı olduğunu da qeyd edib.
Müzakirə olunan məsələlər sırasında xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad edilmiş ərazilərdə birgə yaşayış mühitinin yaradılması olub. Prezident Administrasiyasının rəsmisi əsrlərboyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinə toxunaraq bildirib ki, bu məsələdə informasiya manipulyasiyalarından və fərqli təxribatlardan çəkinmək lazımdır.
Siyasi partiyaların rəhbərləri Zəfər paradının müasir azərbaycanlının milli kimliyinin formalaşması prosesində rolu, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı Prezidentin qərarlarını yüksək qiymətləndirib və belə təşəbbüslərin bilavasitə milli birliyə xidmət etdiyini vurğulayıblar.
Görüşlərin əhəmiyyətini bildirən partiya rəhbərləri milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildiriblər.
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb