İTV-dən kütləvi istefalar

img

02-12-2013 [13:07]



Bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb. Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı istefa verib.

İşdən çıxarılanlar arasında "Carçı-film” Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilova da var. Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirir.

Qeyd edək ki, bir müddət öncə AzNews.az "Prezident seçkiləri-2013” teledebatların moderatoru kimi tanış olan Füzuli İsmayılov efirdən uzaqlaşdırılması barədə məlumat yaymışdı.
AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA