ATƏT-in Parlament Assambleyasının prezidenti dəyişdi

img

14-12-2020 [21:12]


Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.

Bu barədə qurumun məlumatında bildirilib.

Qeyd olunub ki, PA-nın vitse-prezidenti lord Piter Bounes (Böyük Britaniya) prezident postunu tutub.

P.Bounes keçmiş prezidentə ATƏT və PA-ya sadiqliyinə görə təşəkkür edib.

G.Tsereteli, öz növbəsində, ATƏT PA-nın üzvləri etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Avropalı Gürcüstan” pasrtiyasından deputat olmuş G.Tsereteli 2017-ci ildən ATƏT PA-ya rəhbərlik edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA