Prezidentin köməkçisi: “Bilal Haye, sağ olun əziz pakistanlı qardaşlar”

img

12-12-2020 [09:04]


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın respublikamızdakı səfiri Bilal Hayeyə ölkəmizə verdiyi dəstəyə görə təşəkkür edib.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Bilal Hayeyə minnətdarlıq hissini özünün tvitterdəki hesabında ifadə edib: “Bilal Haye, sağ olun əziz pakistanlı qardaşlar”.

Xatırladaq ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye daha əvvəl özünün tvitter hesabında ölkəmizə növbəti dəstək verib: “Pakistanın hökuməti və xalqı həmişə Azərbaycanı dəstəkləyib və azad edilmiş ərazilərin yenidən qurulmasına, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması zamanı hərtərəfli dəstək göstərməyə hazırdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA