Eldar Həsənov özünə yeni vəkil tutub

img

11-12-2020 [16:09]


Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov özünə yeni vəkil tutub.

Məlumata görə, E.Həsənovun bundan sonra hüquqlarını vəkil Abbas Atakişiyev müdafiə edəcək.

Nəzərinizə çatdıraq ki, sabiq səfirin vəkili Adil İsmayılov bir müddət öncə koronavirusdan dünyasını dəyişmişdi.

Qeyd edək ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur.

O, Bakıda həbs olunmuşdu./Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA