İsa Qəmbər: "Bu, Azərbaycan-Türkiyə birliyinin sülh dövründə də inkişaf edəcəyini nümayiş etdirdi"

img

11-12-2020 [15:41]


Azərbaycan parlamentinin eks-spikeri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 10 dekabrda Bakıda keçirilən Zəfər paradı ilə bağlı feysbuk hesabında paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

“Qalib əsgərin 10 dekabr Zəfər Paradı!

Bu hadisə sadəcə Azərbaycan ordusunun qələbə nümayişi deyil.

Eyni zamanda, ordumuzun Vətən Müharibəsindən daha da qüvvətli çıxdığını, milli iradənin və milli həmrəyliyin gücünü, Azərbaycan-Türkiyə birliyinin sülh dövründə də inkişaf edəcəyini nümayiş etdirdi!

Bu gün Müqəddəs şəhidlərimizin ruhu şad oldu!”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA