Uşaq Futbol Məktəbinin rəhbəri koronavirusa yoluxub, vəziyyəti ağırdır

img

11-12-2020 [12:57]


"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də "Qarabağ" klubu ilə birlikdə Ağdama səfər etmişdi.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR