Spikerdən deputatlara irad: “Tahir müəllim, sakitlik olsun sonra davam elə”

img

11-12-2020 [11:28]


Milli Məclisin sədri Sahibə Qafarova deputatları diqqətli olmağa çağırıb.

Mia.az Report-a istinadla xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanun layihələrini birinci oxunuşda təqdim edən zaman yenidən deputatlara müraciət edib.

“Tahir müəllim (Tahir Mirkişili – red), sakitlik olsun sonra davam elə”, - spiker əlavə edib.

Milli Məclisin sədri Sahibə Qafarova əmanətlərin sığortalanması ilə bağlı müzakirənin keçirilməsini təklif edib.

Spiker deyib ki, cəmiyyətdə bu məsələ ilə bağlı çoxlu suallar var.

“Təklif edirəm, bu məsələ ilə bağlı müzakirə keçirilsin. Burada jurnalistlər də iştirak edir. Bu məsələ ilə bağlı məlumatlar verilsin. Çünki cəmiyyətimizdə çoxlu suallar var. Hesab edirəm ki, təkcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yox, digər komitələr də bu məsələ ilə bağlı müzakirələr keçirə bilər”, - S.Qafarova əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR