Spiker: "Heç kəs Azərbaycanla güc və təzyiq dilində danışa bilməz”

img

11-12-2020 [11:24]


“Dünən Azadlıq meydanında möhtəşəm Zəfər paradı keçirildi. Bu parad Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı”.

Mia.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, bütün dünya bir daha Azərbaycan Ordusunun gücünü gördü: “Qardaş Türkiyə müharibənin ilk günlərində bizim yanımızda olub. Zəfər paradında nümayiş etdirilən ən müasir hərbi texnika, təyyarələr, hərbi gəmilər həm də onu göstərdi ki, heç kəs Azərbaycanla güc və təzyiq dilində danışa bilməz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA