30-11-2013 [20:34]
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Ruslan Bəşirli 2 gün öncə rəhbəri olduğu saytda Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla bağlı material yayımlandığını bildirib. "Akif Muradverdiyevin həbsində Etibar Məmmədov izi" başlıqlı yazının ictimailəşməsindən sonra isə tərəflər arasında gərginlik yaranıb.
R.Bəşirlinin sözlərinə görə, bu yazıdan sonra partiya funksioneri Əli Orucov ona zəng vurub. Onun açıqlamasına müvafiq olaraq sayt təkzib mətni yayıb. Lakin iş bununla yekunlaşmayıb.
Etibar Məmmədov Ruslan Bəşirli və saytı barədə "Azvision.az” saytına açıqlama verib. Əli Orucov isə Mia.az saytına danışıb. R.Bəşirlinin dediyinə görə, hər iki material xeyli sərt və təhqiramiz olub. Bundan sonra o da "Yeni Müsavat”a və "Aznews.az”a danışaraq, öz təbirincə desək, "yumşaq" formada qarşı tərəfin münasibətlərinə cavab verib.
"Telefondakı şəxs kimliyini açıqlamadan məni təhqir etməyə, hədələməyə başladı. Etibar Məmmədovun fanatı olduğunu söyləyərək, jarqonlarla danışdı. "Səni öldürərəm” deyirdi. İkinci dəfə də başqa bir açıq nömrədən yenə həmin şəxs zəng vuraraq, təhqiramiz ifadələr işlətdi. Bunlardan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və Baş Prokurorluğun mətbuat xidməti rəisinə zəng vuraraq, vəziyyəti açıqladım. Onlar 102-yə zəng vuraraq, bu barədə məlumat verməyimi tövsiyə etdilər. Hazırda Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gedirəm. Artıq zəng vurub, oradan çağırıblar. Mən demirəm ki, bu işi Etibar Məmmədov sifariş verib. Sadəcə olaraq, ortada fakt var ki, Azərbaycanda zəng vurub, jurnalisti hədələyir, təhqiramiz ifadələrlə alçaldırlar. Onu da bildirim ki, əgər bu işin arxasında həqiqətən AMİP durursa, onda bir vaxtlar prezidentliyə namizəd olan Etibar Məmmədov seçilsə idi, düşünün, ölkədə nələr olardı?
Bir analitik yazıya belə dözümsüzlük nümayiş etdirən kəs, prezident olsa, necə olardı?!”
070 610 35 46”
***
"Avropa.info” xəbər portalının rəhbəri, keçmiş siyasi məhbus Ruslan Bəşirli təzyiq və təhdidlərə məruz qalması ilə bağlı bəyanat yayıb.
Bəyanatda 2 gün öncə rəhbəri olduğu saytda Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovla bağlı yayılan materialdan sonra partiya ilə sayt rəhbəri arasında gərginlik yaşandığı bildirilir.
"Akif Muradverdiyevin həbsində Etibar Məmmədov izi" başlıqlı yazının ictimailəşməsindən sonra AMİP tərəfi ilə saytımız arasında gərginlik yaranıb. Sözügedən yazıdan sonra partiya funksioneri Əli Orucov sayta zəng vurdu və onun da açıqlamasını təqdim etdik. Lakin səhəri gün Etibar Məmmədov mənim və saytın barəsində "Azvision.az” saytına açıqlama verərək bizi təhqir etdi . Əli Orucov isə "Mia.az” saytına göndərdiyi məktubda yenə də təhqiramiz tonda danışdı. Bundan sonra o da "Yeni Müsavat”a və "Aznews.az”-a açıqlama verərək, mən də bir qədər yumşaq formada təhqirlərə cavab verdim. Bu gün isə müxtəlif saatlarda açıq iki nömrədən mənə zənglər gəldi.
Telefondakı şəxsi kimliyini açıqlamadan məni təhqir etməyə, hədələməyə başladı. Etibar Məmədovun fanatı olduğunu söyləyərək, jarqonlarla danışdı. "Səni öldürərəm” deyirdi. İkinci dəfə də ayrı bir açıq nömrədən yenə həmin şəxs zəng vuraraq, təhqiramiz ifadələr işlətdi. Bunlardan sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və Baş Prokurorluğun mətbuat xidməti rəisinə zəng vuraraq vəziyyəti açıqladım. Onlar mənim 102-yə zəng vuraraq bu barədə məlumat bildirməyimi tövsiyə etdilər. Bundan sonra məni 5-ci polis bölməsinə çağırdılar. Mən telefonuma zəng edən həmin nömrələrin vaxtını onlara telefonumdan göstərdim. Polis bu işi araşdıracağına söz verdi. Bu məsələ ilə bağlı mətbuata verdiyim açıqlamadan sonra AMİP funksioneri Əli Orucov mətbuata verdiyi açıqlamada mənim və Avropa.info saytı haqqında aşağılayıcı tonda danışıb. Mən ona cavab vermək istəməzdim. Lakin onun söylədiyi bir fikir, guya ki, mənə gələn təhdid zənglərini özümün təşkil etməyim haqqında dedikləri məni buna reaksiya verməyə məcbur etdi. Əvvəla, həmin zənglər gələn zaman biz bir neçə jurnalistlə tədbirlərin birində idik və bu təhdid zənglərinin olmasına həmin jurnalistlər şahiddirlər.
İkincisi, yəqin ki, güc strukturları bu məsələni araşdıracaqlar. Sizin bu məsələ ətrafinda belə canfəşanlıq göstərməyiniz şübhələrə yol açır. Çünki, mən Müsavat.com saytına verdiyim açıqlamada bunun Etibar Məmmədov tərəfindən təşkil edilməyinə inanmaq istəmədiyimi bildirmişəm. Avropa.info-nu AMİP-lə konfliktə girməklə məşhurlaşdırmaq istəməyimlə bağlı sərsəmləmələrə gəlincə, dünyada saytların reytinqini açıqlayan bir sıra saytlar var. Buyurun baxın. AMİP-lə məşhurlaşmaq istəyimizin olması haqqında fikirlərinizə gəlincə, Allah heç kimə belə "məşhurluğu" göstərməsin.
Avropa.info-nu gündəlik izləyən oxucuların sayı AMİP-in üzvlərindən bəlkə də yüz dəfələrlə çoxdur. Bu vaxtadək heç vaxt AMİP-lə münaqişəmiz olmayıb və etiraf edim ki, Azərbaycan siyasi səhnəsində demək olar ki, olmayan bir qurumla münaqişəyə girmək ağlımızdan belə keçməyib. Biz yazı dərc etmişik və əks tərəfin də mövqeyini işıqlandırmışıq. Sonradan isə mətbuatda təhqirlə, daha sonra isə telefon təhdidləri ilə üzləşmişik. Vəssalam. Məsələ bu qədər bəsit".
Sonda Avropa.info rəhbərini təhdid edən telefon nömrələrini təqdim edirik.
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi