Səfir Qüdsi Osmanov Moldova mətbuatına müsahibə verdi: “Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb”
09-12-2020 [19:20]
Cari ilin 9 dekabr tarixində Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Azərbaycan Qarabağı artıq bərpa etməyə başlayıb” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.
Mia.az-ın məlumatına görə, müsahibədə səfir Q.Osmanov otuz ilə yaxın erməni işğalı altında olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığını, bunun müxtəlif qətnamələr şəklində yalnız kağız üzərində qaldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdiyini, 7 rayondan 3-nün Rusiyanın vasitəçiliyi ilə atəşsiz və şəhid verilmədən qaytarıldığını bildirmiş, erməni təcavüzkarlığı nəticəsində dağıdılmış yerlərin artıq fəal şəkildə bərpa edilməyə başlanıldığını, Azərbaycanın Dağlıq Qarabağda yeni həyat qurmaq məqsədilə layihələr həyata keçirdiyini, bu xüsusda Füzuli-Şuşa avtomobil yolunun tikintisi ilə bağlı fərman imzalandığını vurğulayıb.
Səfir müsahibəsində Prezident İlham Əliyevin sözlərini xatırladaraq işğal dövründə Ermənistan tərəfindən ölkəmizin əsas hissəsindən təcrid edilmiş Naxçıvanla əlaqənin yaradılmasını təmin edəcək yeni yolun tikintisinin qonşu ölkələr - Türkiyə, Rusiya, İran və hətta istəsə, Ermənistan arasında əməkdaşlıq platformasına çevrilə biləcəyini dilə gətirmişdir.
Eyni zamanda, müsahibədə səfir Q.Osmanov hazırda Xocalıdan Xankəndinə 104 kilometr uzunluğunda yeni dəmir yolu çəkilişinin müzakirə olunduğunu, yaxın gələcəkdə bölgədəki erməni təcavüzünə məruz qalmış bütün ifrastrukturun bərpa ediləcəyini qeyd etmiş, dövlət başçımızın çıxışını xatırladaraq Azərbaycanın işğaldan azad edilən torpaqlarında genişmiqyaslı quruculuq işləri aparılacağını, bununla bağlı layihəyə yerli şirkətlərlə yanaşı, dost ölkələrdən xarici şirkətlərin cəlb edildiyini bildirmiş, sonda erməni vandalizminin hər şeyə görə cavab verməli olacağını, haqq-ədalətin qələbə çaldığını vurğulamışdır.
Qeyd edək ki, səfirin müsahibəsi Moldovanın nüfuzlu “Tribuna”, “Noi”, “İPN” və “Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanmışdır.
Məqalə ilə qeyd edilən link vasitəsilə tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/azerbajdzhan-uzhe-nachal-vosstanavlivati-karabah
Martın 9-da buraxılış imtahanı keçiriləcək - DİM-dən xəbərdarlıq
İsrail Livanla bağlı daha bir xəritə yaydı - 30 bölgə bombalanacaq
İsrail Livanı bombalayır - Ölənlərin say artıb
İraq valisindən İranın hücumuna reaksiya: "3-cü Dünya Savaşının astanasındayıq" - "Kürdlər bu müharibəyə qarışmamalıdır"
Gedson geri dönür - İllik 3 milyon avro maaşa
İRANA QARŞI MÜHARİBƏ: 2 mindən çox hədəf vurulub - İran isə ərəb ölkələrindəki hədəflərə zərbə endirir
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz