Ceyhun Bayramov İran XİN və parlament rəhbərləri ilə görüşüb - FOTOLAR

img

09-12-2020 [16:23]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfəri çərçivəsində iranlı həmkarı Cavad Zəriflə görüşüb.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə "Twitter"də yazıb.

O bildirib ki, görüş zamanı Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

"İran İslam Respublikası yaxın qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayır, münaqişənin siyasi yolla dayanıqlı şəkildə həll olunmasının vacibliyini vurğulayır", - XİN sözçüsü bildirib/APA.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafla DA görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqda danışıqlar aparılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA