“Qarabağ” UEFA-ya müraciət etdi

img

09-12-2020 [11:40]


UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində dekabrın 10-da keçirilməli olan “Vilyarreal” – “Qarabağ” oyunu ilə bağlı “Qarabağ” klubu tərəfindən UEFA-ya müraciət ünvanlanıb.

Mia.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, “Qarabağ”ın koronavirus testi pozitiv nəticələnmiş və zədəli olan futbolçuları (A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13 nəfər, ikisi qapıçı olmaqla) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək və göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyunu baş tutmayacaq.

Məsələ ilə bağlı yekun qərar UEFA tərəfindən veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR