YAP Siyasi Şurasının üzvü: "Harınlamış məmurlarda qorxu hissi yoxdur”

img

07-12-2020 [16:14]


Hüquq-mühafizə orqanlarının Cəlilabad Rayon İcra Hakimiyyətində həbslərlə müşayiət xüsusi əməliyyat keçirməsi yenidən diqqəti icra başçılarının fəaliyyətinə yönəldib. 

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, artıq bu sahəyə məsul olan yüksək vəzifəli şəxslərin fəaliyyətinin araşdırılması gündəmə gəlib. Özü də bu təklifi irəli sürənlər hakimiyyət düşərgəsini təmsil edən şəxslərdir.

Məsələn, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, Cəlilabadın icra başçısının və onun tabeliyində olan şəxslərin həbsi bu sahəyə məsul olan PrezidentAdministrasiyasının Regional İdarəetmə və Yerli Özünü İdarəetmə Orqanları ilə İş Şöbəsinin fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu deməyə əsas verir.

“Cəlilabad Rayon İcra hakimiyyətinin başçısının və digər şəxslərin həbsi həm də onu göstərir ki, harınlamış məmurlara islahatlar təsir etmir və onlarda qorxu hissi yoxdur”, - deyə Musa Musayev əlavə edib.

Hakim partiya təmsilçisinin məsələyə bu sayaq sərt yanaşması təsadüfi deyil. 2019-cu ildən bu yana anti-korrupsiya əməliyyatları çərçivəsində 4 icra başçısı həbs edilib. İctimai rezonans doğuran bu həbslərin, eyni zamanda Prezident İlham Əliyevin həbs olunan icra başçıları barədə kəskin açıqlamaları, digər məmurlara barmaq silkələməsi, heç kimə güzəşt olunmayacağını bəyan etməsi artıq yerli hakimiyyətlərinin qanunsuz əməllərdən çəkinəcəyinə ümidləri artırmışdı. Amma son həbs göstərdi ki, hələ də baş verənlərdən nəticə çıxamayanlar var və bu məmurların çoxu həm də YAP-ı təmsil edir. Ona görə də Musa Musayevin timsalında hakim partiyanın yaranmasında əməyi olanlar baş verənlərə daha sərt formada reaksiya verir/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR