28-11-2013 [13:25]
Bu ilin ortalarında Sumqayıt Su-kanal idarəsinin rəisi Əhliman Mansurovla müsahibə etmək qərarına gəldik. Əhliman müəllim müsahibəyə heç bir tərəddüdsüz razılıq verdi və insafən, maraqlı müsahibə alındı.
Bu günlərdə "İnşaatçılar” qəsəbəsində yaşayan vətəndaşların su ilə bağlı şikayətləri ilə əlaqədar olaraq Su İdarəsinin rəisi ilə bir gün ərzində iki dəfə əlaqə saxlamalı olduq. Görünür, Əhliman müəllimi çox "yorduq” və o, nəhayətdə, əlimizdən cana doymuş əhvalda dedi: "Mənə niyə zəng vurursuz?! Əşrəf müəllimə (Su-satış İdarəsinin rəisi Əşrəf İmaməliyevi nəzərdə tutur – red.) zəng vurun. Keçən dəfə də gəldiniz, müsahibə verdim, pul da aldınız, sonra da gedib ağlınıza gələni yazdınız!” Dedi və telefonu söndürdü.
Məlumat üçün deyək ki, sözügedən müsahibə bu gün də səsyazısı şəklində redaksiyamızın arxivindədir. Ə.Mansurovun müsahibəsində onun dediklərinə nəinki bir cümlə, bir söz belə artırılmayıb. Ümumiyyətlə, bu, "168 saat”ın iş prinsipinə, ənənələrinə və peşəkarlığına uyğun gəlmir.
Təəccübümüzə səbəb olan ən ciddi məqam isə Əhliman müəllimin "pul aldınız” deməsi oldu. Rəis özü də çox gözəl bilir ki, bizimlə onun arasında bu mövzuda heç söhbət belə olmayıb. Amma gəlin yenidən qayıdaq geriyə - müsahibə gününə: Müsahibəni tamamlayıb çıxmağa hazırlaşırıq. Əhliman müəllim baş mühəndis Eldəniz müəllimi çağırır və bizi yola salmağı tapşırır. Qapıdan çıxırıq, Eldəniz müəllim əlini cibinə salaraq, bizi "hörmətlə” yola salmaq istəyir. Ancaq baş mühəndisə buna ehtiyac olmadığını, bu cür yanaşmanın "168 saat” üçün yad olduğunu izah edirik. Beləcə, məsələ bağlanır.
İndi İdarə rəisinin bu əsassız ittihamının nədən qaynaqlandığını dəqiq bilmirik. Ancaq hər halda, bəzi xatırlatmalara lüzum var:
Birincisi, əgər İdarə rəisi və ya baş mühəndisi bizə pul veribsə, bu gürüntü yəqin ki, binadakı kameraların yaddaşında var.
İkincisi, əgər biz pul istəmişiksə, nəyə görə İdarə rəisi bu "haqq-hesaba” razılaşıb. Axı belə halda hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır.
Üçüncüsü, əgər biz pul istəmiş və almışıqsa, onda nəyə görə idarə rəisinin təəbirincə desək, "gedib ağlımıza gələni yazmışıq?!”
Dördüncüsü, əgər biz həmin müsahibədə nəyisə təhrif etmişdiksə, onda nəyə görə İdarə rəisi buna dərhal reaksiya verməyib?
Beşincisi, yəqin İdarə rəisi bilməmiş deyil ki, "ağlınıza gələni yazmısınız” ifadəsi yumşaq desək, qeyri-etikdir. Ancaq gəlin razılaşaq ki, ondan betəri də var – "ağzına gələni danışmaq!”
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
“Yaxşı etmişəm Elza Seyidcahanı..." - Anardan əsəbi açıqlama
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
TƏBİB-in yeni direktor əvəzi ilk əmrini verdi - Samir Namazov vəzifədən azad edildi
"Bu günə kimi "Azərsu" əməkdaşlarından bir nəfər belə zəng etməyib" - Rəis məhkəmədə ifadə verib
Mətbuat katibi yeni vəzifəyə gedir - Açıqlama
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
42 məktəb direktor təyin olunub - SİYAHI
Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı - BİR HEKTARLIQ ƏRAZİDƏ ÜÇ MƏRTƏBƏLİ MALİKANƏ...
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi